“OpenAI” “Statsig” startapını satın alır

04-09-2025 / 18:33

“ChatGPT” süni intellekt platformasının yaradıcısı olan “OpenAI” şirkəti proqram təminatının sınaqdan keçirilməsi üçün alətlərin yaradılması üzrə ixtisaslaşmış “Statsig” startapını satın alır.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, sövdələşmə tamamilə “OpenAI” səhmləri hesabına ödəniləcək. Şirkətin 300 milyard dollar dəyərində hazırkı qiymətləndirilməsinə əsasən, sövdələşmə təxminən 1,1 milyard dollar təşkil edəcək.

Bildirilir ki, “Statsig”in baş direktoru Vicay Raci “OpenAI” tətbiqləri üzrə texniki direktor təyin ediləcək və ChatGPT və “Codex”in mühəndislik tərtibatına rəhbərlik edəcək.

Sövdələşmə başa çatdıqdan sonra “Statsig” əməkdaşları “OpenAI” komandasına qoşulacaqlar. Eyni zamanda, startap müstəqil fəaliyyət göstərəcək, öz məhsullarını inkişaf etdirməyə və müştəri bazasına xidmət göstərməyə davam edəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə