Opera adını və loqosunu dəyişdi

22-09-2015 / 16:41

Opera Software şirkəti adındakı “Software” sözündən imtina edərək yeni loqosunu və bütün Opera brauzerləri üçün yeni təsviri təqdim edib.  

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, yeni loqo və brauzer təsviri 3D formatında hazırlanıb.

Şirkətdən bildirilib ki, üçölçülü O hərfi daha çoxa doğru aparan yolun rəmzidir: daha çox kontent, daha çox cavab, daha çox ünsiyyət, daha çox kəşf, daha çox həyat... İstifadəçi onlayn rejimdə nə axtarırsa, Opera ona həmin imkanların daha artığını təqdim edəcək.  

Şirkətin “Software” sözündən imtinası o mənaya gəlir ki, bu qurum hazırda təkcə proqram təminatının deyil, həm də internet xidmətlərinin işlənib hazırlanması ilə məşğul olur.

iOS üçün Opera Mini mobil brauzerinin yenilənmiş versiyasında yeni loqo və brauzer təsviri əks olunub. Yeni versiyanı  App Store-dan yükləmək mümkündür.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə