Opera10 istifadəyə təqdim edildiyi andan etibarən məşhur olmağı bacardı. İlk həftədə 10 milyon dəfə endirildi. Brauzerdə olan bir çox yeniliklər istifadəçiləi razı salıb. Əsasən də sürətli sayta giriş qabiliyyəti yaxşı qarşılandı.
Opera Turbo texnologiyasının köməyi ilə əlaqə sürətinin pis olduğu vəziyyətlərdə saytların daha sürətli yüklənməsi təmin edilir. Bu xüsusiyyət də istifadəçiləri daha çox cəlb edir. İlk həftədə 10 milyon dəfə endirilməsinə baxmayaraq Opera brauzer bazarında 1-ci deyil.
İnternet Explorer və Mozilla Firefox hələki bazar payını qoruyub saxlayır. Opera CEO-su Jon von Tetzchner belə şərh verib: “Hər yeni versiya ilə birlikdə endirilmə nisbətlərimizi artırdıq. Bununla birlikdə Opera 10 ilə daha əvvəlki bütün rekordlarımızı qırdıq. Bizim bu nəticədən, Opera Turbo-nun insanların Opera 10-u seçməsində böyük rol oynadığını anlayırıq. Opera Turbo-nu da internetdə gəzmək hər yerdə və hər vaxt sürətli və məhsuldar olsun deyə inkişaf etdirdik”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri