Mobil üçün Opera Mini 5 istifadəyə verildi

15-09-2009 / 08:00

Son zamanlar Opera istifadəçiləri üçün tez-tez yenilik edir.Opera mobil brauzer bazarında da fərqlənməyi üstün tutur. Opera mobil üçün 5-ci brauzerini təqdim etdi.

Opera Mini 5-in ilk mərhələdə beta versiyası istifadəyə verilir.Beta versiyasının uzun bir müddət istifadəçilərin xidmətində olması gözlənilir. Proqramın tam versiyaya keçməsi üçün isə xeyli vaxt gözləmək lazımdır.

Xatırladaq ki, Opera yaxınlarda yeni versiyasını istifadəyə vermişdi. Kompüterlər üçün Opera10 istifadəyə təqdim edildiyi andan etibarən məşhur oldu. İlk həftədə 10 milyon dəfə endirilmişdi.Opera10-da bir çox yeniliklər onun brauzer bazarında seçilməsinə kömək etdi. Opera Turbo texnologiyasının köməyi ilə əlaqə sürətinin pis olduğu vəziyyətlərdə saytların daha sürətli yüklənməsi təmin edilir. Bu xüsusiyyət də istifadəçiləri daha çox cəlb edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə