Opera səyyahının yeni versiyası hazırdır (9.63)

22-12-2008 / 09:20

Opera veb-səyyahının yeni final versiyası artıq hazırdır. Opera 9.63 -də bir neçə problem və təhlükəsizliklə bağlı bəzi məsələlər həllini tapıb.

Opera - Norveç istehsalçılarının məhsulu olan son zamanlarda daha çox yayılan veb-səyyahdır. Proqramın özünəməxsus, səhifələri sürətli emal etmə qabiliyyətinə malik nüvəsi var. İnternet Explorer"lə müqayisədə Opera daha sürətli işləyir. Bu xüsusən də zəif sürətlə qoşulmalarda özünü aydın göstərir. İstehsalçılar öz məhsullarını dünyada ən sürətli adlandırırlar, bir qədər mübahisəli olsa da həqiqətə də çox yaxındır.

Opera səyyahının üstünlüyü təkcə sürət deyil, həmçinin bir çox geniş imkanlara və alətlərə malik olmasıdır. Proqramın özünəməxsus yükləmə meneceri də diqqəti cəlb edir. Final versiyanı Operanın rəsmi saytından yükləmək olar(www.opera.com).


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə