Opera Mobile 9.5 beta 2 versiyası təqdim olunub

21-10-2008 / 18:43
Opera Mobile 9.5 brauzerinin ikinci beta versiyası buraxılıb. Opera Mobile 9.5 stolüstü kompüterlər üçün olan brauzerin sonuncu versiyasının sürgüsü - Opera 9.5 üzərində qurulub. Onun sayəsində bütün yeni veb-standartlar dəstəklənir. Ilk dəfə Opera Mobile, UIQ idarəsi ilə işləyən qurğular üçün təqdim olunub.
Ikinci versiyanın əsas yeniliyi vicetlərin (qrafik modul – Opera proqramı ilə birlikdə yüklənə bilər, internetə qoşulmadan bəzi məlumatları verir) dəstəklənməsidir. Onun sayəsində istifadəçi ona lazım olan məlumatı tez tapa bilir. Bəzi vicetlər proqramla birlikdə təqdim olunur, digərləri isə widgets.opera.com saytında yerləşdirilib. Opera Mobile 9.5 yükləyən mobil rabitə operatorları öz vicetlərini qura bilərlər.
Işçilər yenilənmiş Opera Widget Software Development Kit-dən istifadə edərək (SDK) xüsusi vicetlərini yarada bilərlər. Onun axırıncı versiyasına  Dragonfly sazlaması aləti də əlavə olunub. Bundan əlavə, qurğulara S60, UIQ və Windows Mobile idarəetmələri ilə işləyən testləşdirmə üçün vicet menecerləri də daxildir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə