“ORACLE” “TACİT SOFTWARE” ŞİRKƏTİNİN ƏQLİ MÜLKİYYƏTİNİ ALIR

23-02-2009 / 15:42

 

 “Oracle” korporasiyası “Tacit Software” şirkətinin əqli mülkiyyətinin alınması barədə məlumat verib.
Şirkətin Müstəqil Dövlətlər Birliyi (MDB) nümayəndəliyindən verilən məlumata görə, “Tacit Software” şirkəti tərəfindən işlənib hazırlanmış nadir avtomatlaşdırılmış texnologiya təşkilatlar qarşısında yeni imkanlar açacaqdır.

Şirkət “Tacit Software” texnologiyalarını “Oracle Beehive” proqramının tərkibinə daxil etməyi planlaşdırır. Bu proqram kollektiv iş üçün qorunan, inteqrasiya olunmuş, standartlara əsaslanan korporativ platforma təqdim edir.
 
Yeni funksional imkanlarla tamamlanmış sözügedən platforma müəssisələrə elektron ismarıclar və kontentdə saxlanılan əməkdaşların sahib olduğu biliklərdən daha səmərəli, operativ şəkildə istifadə etməyə imkan verəcəkdir.

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə