Previous Next
Bağla

Ordubadda Rabitə Evi istifadəyə verilib

28-07-2018 10:30
Ordubadda Rabitə Evi istifadəyə verilib

İyulun 27-də Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib.

Xeberler.az məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Huawei şirkətinin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə vitse-prezidenti James Chen açılışı bildirən lenti kəsiblər.

Belə ki, Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək deyib ki, bu gün muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur. Naxçıvanın beynəlxalq transavrasiya fiber optik magistrallarına ikitərəfli çıxış təmin edilib. Azərspace peyki üzərindən isə 3-cü alternativ rabitə kanalları yerləşdirilib. Hazırda muxtar respublikanın əsas və alternativ magistral telekommunikasiya xətlərinin 1600 kilometri fiber optik xətlərdir. Fiber optik kabel xətləri üzərində qurulan iritutumlu telekommunikasiya şəbəkələri elektron hökumət, bank, maliyyə, vergi, təhsil, səhiyyə və digər sahələr üzrə elektron xidmətlərin təşkilinə imkan verir. Muxtar respublikanın hazırda qlobal internet sisteminə dördtərəfli çıxışı vardır. Bütün yaşayış məntəqələri genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətləri ilə təmin edilib. 2010-cu ildən muxtar respublika ərazisində mövcud telefon sisteminin rekonstruksiyasına başlanmışdır. Bu günə qədər layihənin 4 mərhələsi başa çatdırılıb. Ordubad rayonu ərazisində mövcud avtomat telefon stansiyalarının rekonstruksiyası da bu sahədə görülən işlərin davamıdır.

Huawei şirkətinin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə vitse-prezidenti James Chen çıxış edərək deyib: Naxçıvanda yeni texnologiyaların tətbiqi sahəsində böyük nailiyyətlər qazanılıb. Ordubad rayonunda yeni nəsil telekommunikasiya sistemlərinin açılışı bunu bir daha təsdiq edir. Huawei şirkəti Azərbaycanda fəaliyyətinə 16 il bundan əvvəl 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə əməkdaşlıqla başlayıb. Muxtar respublikada əhalini yüksəksürətli mobil və stasionar internetlə təmin edən 4G mobil şəbəkəsinin, məhdud fiziki imkanlı uşaqlar üçün distant təhsil sisteminin qurulması, 18 tələbənin Çin Xalq Respublikasında təlim keçməsi, Qədim və müasir Naxçıvan kitabının çapı uğurlu əməkdaşlığın nəticəsidir. Huawei şirkəti bundan sonra da muxtar respublikada yeni texnologiyaların tətbiqi, elektron təhsil və digər sahələrdə əməkdaşlığı davam etdirmək niyyətindədir. James Chen yeni texnologiyaların tətbiqi və inkişafına göstərdiyi qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ordubad Rayon Rabitə İdarəsinin əməkdaşı Dilşad Məmmədova deyib: Mən uzun illərdir ki, rabitə sahəsində çalışıram. Kollektivimiz heç vaxt bugünkü qədər müasir və rahat iş şəraiti ilə təmin olunmayıb. İstər müasir binanın tikilib istifadəyə verilməsi, istərsə də yeni nəsil telekommunikasiya sistemlərinin qurulması muxtar respublikada rabitənin inkişafına göstərilən qayğının ifadəsidir. Artıq Ordubad rayonunun bütün yaşayış məntəqələrində insanlar ən müasir rabitə xidmətindən istifadə edəcəklər. Bu isə o deməkdir ki, rayonumuzda tək bir sahə inkişaf etmir, ümumilikdə insan amilinə böyük dəyər verilir. Dilşad Məmmədova yaradılan şəraitə görə Ordubad rayon rabitəçiləri və sakinləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad rayonunda Rabitə Evinin və 11 min 300-dən artıq nömrə tutumu olan 35 yeni nəsil telefon stansiyasının istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirib, bu münasibətilə Ordubad rayonunun əhalisini təbrik edərək deyib: Ölkəmizdə bütün sahələr inkişaf edir. Bu inkişafın nəticəsidir ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutmuşdur. Ordubad rayonunda istifadəyə verilən yeni nəsil telefon stansiyaları dünya səviyyəli şirkət olan Huawei şirkətinin ən müasir avadanlıqları hesabına qurulmuşdur. Bu da ölkəmizin inkişafının göstəricisidir. Bu inkişafa isə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi xəttin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində nail olunmuşdur. Çünki ölkəmizdə iqtisadi inkişaf, sabitlik və dövlətin sosialyönümlü siyasəti olmasaydı, bu işləri həyata keçirmək də mümkün olmazdı.

Yeni nəsil telefon stansiyası abunəçilərə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet, qapalı virtual şəbəkələr və 23 adda əlavə servis xidmətləri göstərilməsinə imkan verəcəkdir. Qurulan yeni sistem inkişaf etmiş ölkələrdə də tətbiq olunur. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan dünyanın inkişaf edən müasir ölkələri sırasındadır. Bu gün Ordubad rayonunun rabitə sahəsində dönüş günüdür. Ona görə ki, istifadəyə verilən Rabitə Evindən, 35 yeni nəsil telefon stansiyasından və poçt bölmələrindən Ordubad rayonunun əhalisinin hamısı istifadə edəcəkdir. Müasir texnologiyaların və avadanlıqların qurulması imkan verəcəkdir ki, əhali sərbəst vaxtının daha çox hissəsini öz təsərrüfatına, ailə qayğılarına həsr etsin.

Ordubad rayonunun rabitəçiləri qurulanları qorumalı, onlardan uzun müddət və səmərəli istifadə etməli, əhaliyə nümunəvi xidmət göstərməlidirlər. Qurulanların nəticələrini hər bir sakin öz gündəlik həyatında hiss edəcəkdir. Yeni sistem insanlara rahatlıq, müasirlik gətirəcəkdir. Yeni nəsil avtomat telefon stansiyaların qurulmasında yerli mütəxəssislərlə yanaşı, Huawei şirkətinin də əməkdaşları iştirak etmişdir. Muxtar respublikamızda müasir rabitə sistemlərinin qurulmasında və yeni texnologiyalara əsaslanan sosialyönümlü layihələrin həyata keçirilməsində Huawei şirkəti yaxından iştirak etmişdir. Bundan sonra da Huawei şirkəti ilə əməkdaşlıq davam etdiriləcəkdir.

Ali Məclisin Sədri müasir rabitə sistemlərinin qurulmasında göstərdikləri dəstəyə görə Huawei şirkətinin kollektivinə muxtar respublika hökuməti və əhalisi adından təşəkkürünü bildirib.

Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada Ordubad Rayon Rabitə İdarəsi və Naxçıvanpoçt Məhdud Məsuliyyətli Cəmiyyətinin Ordubad rayon filialı üçün lazımi iş şəraiti yaradılıb. Rabitə Evində 16 iş otağı, server, Naxtel müştəri xidmətləri bölməsi, xidmət zalı, növbətçi otağı, bağlamalar və qəzet-jurnallar üçün 2 otaq, arxiv, 56 yerlik zal, 1792 nömrə tutumlu yeni nəsil avtomat telefon stansiyası, bufet və qazanxana yerləşir. Naxtel müştəri xidmətləri bölməsində nömrələrin satışı və qeydiyyatı, eyni zamanda, sakinlərin mobil rabitə ilə bağlı müraciətləri qəbul olunur.

Hazırda rayon üzrə 35 avtomat telefon stansiyası vasitəsilə 8 min 261 abonentə rabitə xidməti göstərilir. Rayonda Mərkəzi Poçt və 25 kənd poçt məntəqəsi fəaliyyət göstərir. Bütün poçt məntəqələri kompüterləşdirilib və POS-terminallar quraşdırılıb. Poçt bölmələrində ənənəvi xidmətlərlə yanaşı, kommunal ödənişlərin, üzvlük haqlarının, sığorta haqlarının, dövlət yol polisi cərimələrinin, bələdiyyə rüsumlarının və kredit ödənişlərinin aparılması, pensiya və sosial yardımların paylanması təşkil olunub. Bundan başqa poçt məntəqələrində itmiş əşyaların sahibinə çatdırılması, elektron imzanın sertifikat xidməti və Naxtel müştəri xidmətləri fəaliyyət göstərir.

Ali Məclisin Sədri Ordubad rayonu ərazisində qurulan Yeni Nəsil Telekommunikasiya Sistemini işə salıb.

Sonra Huawei şirkətinin baş vitse-prezidenti xanım Ami Linin video-müraciət vasitəsilə təbrikləri təqdim olunub. Ami Lin video-müraciətdə muxtar respublikada yeni texnologiyaların inkişafı sahəsində görülən işlərin təqdir olunduğunu, Huawei şirkətinin muxtar respublika ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirib, göstərilən dəstəyə görə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov Yeni Nəsil Telekommunikasiya Sistemi barədə məlumat verib. Qeyd olunub ki, bu gün muxtar respublikada istismar olunan 190 avtomat telefon stansiyasından 151-i və ya 80 faizi yeni nəsil texnologiyalara əsaslanır. Abunəçilərin 84 faizi yeni nəsil telefondan istifadə edir. 2017-ci il martın 29-da Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Çin Xalq Respublikasının Huawei şirkəti arasında bağlanmış müqaviləyə əsasən Ordubad rayonundakı mövcud avtomat telefon stansiyalarının rekonstruksiyasına başlanıb, ümumi tutumu 11 min 344 nömrə olan 35 yeni nəsil telefon stansiyası qurulub, 10 qovşaq yaradılıb. Əsas və alternativ fiber optik kabel xətləri üzərində tam kəsintisiz telekommunikasiya əlaqələrinin təmin edilməsi üçün Şərur-Naxçıvan və Naxçıvan-Babək-Culfa-Dəstə-Ordubad məntəqələri arasında rəqəmsal transmissiya avadanlıqları qurulub. Yeni sistem vasitəsilə sakinlərə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet, qapalı virtual şəbəkələr və 23 adda əlavə servis xidmətləri təklif ediləcəkdir. Həmçinin bu gün Ordubad rayonunda 4-cü nəsil Naxtel mobil operatorunun bütün yaşayış məntəqələrini əhatə edən 16 baza stansiyası mövcuddur.

Ali Məclisin Sədri bina ilə tanışlıqdan sonra kollektivlə görüşüb, yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı müvafiq tapşırıqlar verib. Rabitə İdarəsinin həyətində də abadlıq işləri görülüb, generator otağı, anbar və xidməti avtomobillər üçün dayanacaq tikilib.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Naxçıvanda 707 abunəçi internetlə təmin olunub

09-08-2019

Naxçıvanda yeni avtomat telefon stansiyaları istifadəyə verilib

06-02-2016

Naxçıvan MR-da informasiya və rabitə sahəsinin inkişafı təmin edilib

15-12-2019

Naxçıvanda İKT-nin tətbiqi genişləndirilir

14-09-2015

Naxçıvanda 4G şəbəkəsi qurulub

13-08-2015

Naxçıvanda 10 mindən çox yeni telefon nömrəsi istifadəyə verilib

14-02-2017

Naxçıvanda 28 fərdi mənzilə optik kabel xətti çəkilib

30-07-2015

Naxçıvanda 8 poçt şöbə və bölməsi avtomatlaşdırılıb

30-07-2015

Naxtel abunəçilərinin sayı 10 mini ötüb

10-02-2017

Naxçıvanda 1297 yeni telefon nömrəsi istismara verilib

08-08-2017

Naxçıvanda internet trafiki 10 Gbit/s-yə çatdırılıb

10-09-2019

Naxçıvan MR-də telefon aparatlarının sayı 72-yə çatıb

20-04-2015

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018

Azərbaycanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verildi

23-02-2019

Naxçıvanın rabitə və yeni texnologiyalar nazirinin müavini vəzifəsindən azad edilib

12-03-2020

Naxçıvanda nağdsız zona yaradılacaq

11-07-2018

Nazir vəzifəsindən azad edildi

05-03-2020

Naxçıvan MR-də 3 ayda 7 poçt şöbə və bölməsi avtomatlaşdırılıb

20-04-2015

Naxçıvan MR-in İKT və poçt sektorunun inkişafının əsas göstəriciləri açıqlanıb

22-10-2013

Naxçıvanlı tələbələr Huawei-nin yay təlim toplantısında olublar

26-07-2019

Azərbaycanda yeni nazir müavini təyin edilbib

29-03-2020

Naxçıvanda təhsil müəssisələrinə sürətli internet çəkilib

15-02-2017

Naxçıvanda 9 ayda 3 mindən çox abonent genişzolaqlı internetlə təmin olunub

06-10-2023

Naxçıvanda 1 646 abonent genişzolaqlı internetlə təmin olunub

06-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə