Previous Next
Bağla

Ötən ay 30 minə yaxın mobil nömrə digər şəbəkələrə daşınıb

01-08-2015 16:54
Ötən ay 30 minə yaxın mobil nömrə digər şəbəkələrə daşınıb

“Elektron hökumət” portalında istifadədə olan “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” e-xidmətindən ötən ay 29 min 650 dəfə istifadə olunub.

Bu barədə Xeberler.az-a Portalın operatoru Məlumat Hesablama Mərkəzindən bildirilib.

Məlumatda bildirilir ki, bu xidmət vasitəsilə mobil nömrənin hazırda hansı mobil operatora daşındığı barədə məlumat əldə etmək mümkündür və abunəçi etdiyi zəngin dəyərini hesablaya bilər.

Həmçinin, e-xidmət ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi mobil telefon nömrəsinin (şəbəkə kodu - 050, 051, 055, 070, 077 və nömrəni saxlamaq şərti ilə) çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır.

Qeyd edək ki, xidmətin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından effektiv istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir.

Azərbaycanda "Mobil Nömrədaşıma Xidməti" (MobileNumberPortability) ötən il fevralın 1-dən həyata keçirilir. Bununla əlaqədar, müvafiq normativ hüquqi sənədlər qəbul edilib. Bu xidmətin fəaliyyəti üçün tələb olunan avadanlıq quraşdırılıb, mobil operatorların şəbəkədaxili yığımları standart formata uyğunlaşdırılıb və aidiyyəti müqavilələr bağlanılıb. Eyni zamanda, Açıq Hökumət Məlumatları portalında (data.gov.az) yer alan “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” e-xidmətinin məlumat bazası əsasında mobil tərtibatı hazırlanıb.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Mobil nömrədaşıma” xidməti ilə bağlı məlumat bazası yaradılıb

02-06-2015

Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

11-09-2015

Nazirliyin elektron xidmətindən istifadə sayı açıqlanıb

03-11-2015

Bir ayda 41 mindən artıq nömrə hansı mobil operatora daşınıb?

02-07-2015

Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

05-10-2015

Mobil nömrələrin daşınması qaydalarında dəyişikliklər edilib

04-03-2015

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ikinci oldu

09-09-2015

Nazirliyin elektron xidmətlərindən 185 mindən çox istifadə olunub

10-07-2015

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birinci oldu

09-10-2015

Nazirlik e-xidmətdən istifadə sayına görə birinci oldu

12-11-2015

Mobil rabitə operatorları avqustun 1-dən mobil nömrələrin daşınması prosesinə başlamasa

17-07-2013

Ən çox istifadə olunan elektron xidmətlərin statistikası açıqlandı

07-10-2016

Bakcell-i seçənlərin sayı artıb

20-02-2015

Vahid Elektron Xidmətlər Portalına daha iki xidmət inteqrasiya edilib

20-06-2022

Nazirlik e-xidmətdən istifadəyə görə birincidir

10-12-2015

Sentyabrda çox istifadə olunan e-xidmətlərin siyahısı

09-10-2015

Abunəçilər Bakcell şirkətini seçir

12-01-2015

Ən çox istifadə olunan e-xidmətlərin siyahısı açıqlanıb

09-06-2015

Azercell-ə daşınan nömrələrin sayı artıb

27-10-2015

“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

10-09-2015

Ev telefonu çəkdirmək 30 manata başa gələcək

06-08-2025

Bu il 7,1 min mobil nömrə daşınıb

17-07-2015

Portal üzərindən ən çox hansı qurumlara müraciət olunub?

11-06-2016

Ən çox hansı qurumun e-xidmətindən istifadə edilib?

09-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə