Previous Next
Bağla

Ən çox hansı qurumun e-xidmətindən istifadə edilib?

09-06-2017 12:09
Ən çox hansı qurumun e-xidmətindən istifadə edilib?

“Elektron hökumət” portalının operatoru Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin Məlumat Hesablama Mərkəzi cari ilin ilk beş ayında elektron xidmətlərindən ən çox istifadə olunan qurumlar və ən çox müraciət olunan xidmətlərin statistikasını təqdim edib.

Xeberler.az   “Elektron hökumət” portalında cari ildə xidmətlərindən ən çox istifadə olunan 10 dövlət qurumunu təqdim edir.

 -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

-Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

 -Dövlət İmtahan Mərkəzi

-Dövlət Gömrük Komitəsi

-Azərsu ASC

-Daxili İşlər Nazirliyi

-Əmlak Məsələləri Dövlət Komitəsi

-Ədliyyə Nazirliyi

-Mərkəzi Seçki Komissiyası

-Vergilər Nazirliyi

Bu müddət ərzində istifadə sayına görə liderlik edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə ümumilikdə 4.577.529 dəfə müraciət olunub.

Qurumun təqdim etdiyi elektron xidmətlərdən cari ildə müraciət sayı 1.388.673-ə çatan “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” xidmətidir ki, adı çəkilən xidmət 20 dövlət qurumu və 3 mobil operatorun informasiya resurslarına çıxışının təmin etməklə vətəndaşların işini asanlaşdırır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmətlərinə müraciət sayı 3.088.725-dir. Nazirliyin ən çox istifadə olunan xidməti isə “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətidir ki, cari ilin bu gününədək xidmətə müraciət sayı 1.692 360-a çatıb.

Xidmətlərinin istifadə sayına görə ilk beşlikdə olan Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi elektron xidmətlərə müraciət sayı 1.005.477-dir. Ən çox “Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu” xidmətinə müraciət qeydə alınıb ki, bu göstərici 384.492 dəfə olub.

Bununla yanaşı Dövlət Gömrük Komitəsinə 332.638; Azərsu ASC 59.596; Daxili İşlər Nazirliyinə 39.615; Əmlak Məsələləri Dövlət Komitəsinə 33.644; Ədliyyə Nazirliyinə 20.190; Mərkəzi Seçki Komissiyası 16.822; Vergilər Nazirliyinə 14.470; dəfə müraciət qeydə alınıb.

Qeyd edək ki, "Elektron hökumət" portalı tərəfindən təqdim olunan elektron xidmətlər bu gün həm vətəndaşların, həm də qurumların işini sadələşdirir və sərf olunan vəsaitə və işçi qüvvəsinə qənaət edir.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Portalda ən çox müraciət olunan sahələr açıqlanıb

06-03-2017

Ən çox istifadə olunan elektron xidmətlərin statistikası açıqlandı

07-10-2016

Portal üzərindən ən çox hansı qurumlara müraciət olunub?

11-06-2016

Portalın hansı xidmətlərindən daha çox istifadə edilir?

29-07-2016

Ötən il ən çox bu e-xidmətlərdən istifadə edilib

24-01-2018

Ən çox istifadə olunan e-xidmətlərin SİYAHISI

10-08-2015

Ən çox istifadə olunan e-xidmətlərin siyahısı açıqlanıb

09-06-2015

Nazirliyin e-xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub

26-01-2017

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018

Bu e-xidmətə 1 ayda 59 mindən çox müraciət olunub

13-06-2018

Ən çox istifadə olunan e-xidmətlər

17-10-2017

Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

27-10-2017

“Elektron hökumət” portalı üzərindən ən çox hansı qurumlara müraciət olunub?

12-01-2016

Ən çox hansı qurumun e-xidmətindən istifadə edilib?-Siyahı

16-02-2017

Sentyabrda çox istifadə olunan e-xidmətlərin siyahısı

09-10-2015

“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

10-09-2015

Nazirliyin elektron xidmətlərindən 185 mindən çox istifadə olunub

10-07-2015

Nazirliyin e-xidmətlərinə 5,2 milyona yaxın müraciət olub

05-07-2017

Nazirliyin e- xidmətlərinə 4 milyondan çox müraciət olub

02-06-2017

Nazirliyə daxil olan e- müraciətlərin sayı açıqlanıb

10-10-2017

Ən çox istifadə olunan e-xidmətlər- Siyahı

11-03-2015

“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

05-08-2015

Portala ən çox hansı sahələr üzrə müraciət edilib?

08-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə