Previous Next
Bağla

Vahid Elektron Xidmətlər Portalına daha iki xidmət inteqrasiya edilib

20-06-2022 12:23
Vahid Elektron Xidmətlər Portalına daha iki xidmət inteqrasiya edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) strukturuna daxil olan və tabeliyindəki qurumların elektron xidmətlərini bir sistem üzərindən əldə etmək məqsədilə yaradılan Vahid Elektron Xidmətlər Portalına daha iki yeni xidmət əlavə edilib. Bununla da portalda (https://portal.rinn.az/az) təqdim edilən xidmətlərin sayı səkkizə çatıb.

Xeberler.az bildirir ki, yeni inteqrasiya edilənlər “AzInTelecom” MMC-nin “Telefon nömrəsi üzrə axtarış” və “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumat” xidmətləridir. Artıq “AzInTelecom” Vahid Elektron Xidmətlər Portalı üzərindən vətəndaşlara yeddi istiqamət üzrə xidmət göstərir.

“Telefon nömrəsi üzrə axtarış” xidmətindən istifadə edən şəxslər sistemə daxil etdikləri telefon nömrəsinin sahibinə aid olan məlumatlarla tanış ola bilərlər.

“Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumat” xidməti isə mobil nömrənin nömrə daşınması xidmətindən istifadə edib-etmədiyini öyrənmək imkanı verir.

 

Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müxtəlif internet resursları üzərindən vətəndaşlara ümumilikdə 57 adda rəqəmsal xidmət göstərir. Hazırda bütün xidmətlər vahid portalda toplanılır.

 

Daha öncə “AzInTelecom” MMC-yə aid “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların qeydiyyat tarifi”, “IMEI yoxlama”, “Lokal çıxış (şəhər, rayon, daxili) danışıqlarının statistikası, “Vətəndaşların adına olan mobil nömrələr haqqında məlumat”, həmçinin “Azərpoçt” MMC-yə aid “Poçt göndərişlərinin izlənilməsi” xidmətləri Vahid Elektron Xidmətlər Portalına inteqrasiya edilmişdi.

Portalda təqdim edilən qeydiyyatlı rəqəmsal xidmətlərdən vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlərdən isə hər hansı autentifikasiya vasitəsi olmadan birbaşa istifadə etmək olar.

Qeyd edək ki, Vahid Elektron Xidmətlər Portalının yaradılmasında məqsəd vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, resurslardan effektiv istifadə yolu ilə keyfiyyətli, təhlükəsiz və səmərəli rəqəmsal xidmətlər təqdim etməkdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması, tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.

 

Həmçinin portalın yaradılması rəqəmsal xidmətlərdən istifadənin genişlənməsinə, eləcə də elektron hökumətin inkişafına müsbət təsir edəcək və səmərəliliyin, həmçinin şəffaflığın daha da artırılmasına təkan verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
RİNN-in bütün elektron xidmətləri vahid portalda

RİNN-in bütün elektron xidmətləri vahid portalda

13-05-2022
RİNN-in Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət inteqrasiya edilib

RİNN-in Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət inteqrasiya edilib

01-08-2022
Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət əlavə edildi

Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət əlavə edildi

31-08-2022
Vahid Elektron Xidmətlər Portalına daha 2 xidmət əlavə edildi

Vahid Elektron Xidmətlər Portalına daha 2 xidmət əlavə edildi

12-09-2022
RİNN-in bütün elektron xidmətləri "mygov"a inteqrasiya edilib

RİNN-in bütün elektron xidmətləri "mygov"a inteqrasiya edilib

12-02-2025
 “Uyğunluq sertifikatının verilməsi” xidməti rəqəmsallaşdırıldı

“Uyğunluq sertifikatının verilməsi” xidməti rəqəmsallaşdırıldı

28-12-2022
“Radiomaneələrlə bağlı müraciət” xidməti elektronlaşdırıldı

“Radiomaneələrlə bağlı müraciət” xidməti elektronlaşdırıldı

17-09-2022
“IMEI.az” xidmətləri Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək

“IMEI.az” xidmətləri Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək

24-06-2022
Vahid Elektron Xidmətlər Portalında yenilik

Vahid Elektron Xidmətlər Portalında yenilik

21-10-2022
Nazirliyin elektron  xidmətlərindən  185 mindən çox istifadə olunub

Nazirliyin elektron xidmətlərindən 185 mindən çox istifadə olunub

10-07-2015
Nazirlik e-xidmətdən istifadə  sayına görə birinci oldu

Nazirlik e-xidmətdən istifadə sayına görə birinci oldu

12-11-2015
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ikinci oldu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ikinci oldu

09-09-2015
Əmlak Məsələləri Dövlət Xidmətinin portalı ləğv edilir

Əmlak Məsələləri Dövlət Xidmətinin portalı ləğv edilir

14-04-2025
“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu   

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022
Nazirlik e-xidmətdən istifadəyə görə birincidir

Nazirlik e-xidmətdən istifadəyə görə birincidir

10-12-2015
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birinci oldu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birinci oldu

09-10-2015
Bir ayda 41 mindən artıq nömrə hansı mobil operatora daşınıb?

Bir ayda 41 mindən artıq nömrə hansı mobil operatora daşınıb?

02-07-2015
SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün oldu

SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün oldu

12-10-2022
Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

11-09-2015
Fövqəladə Hallar Nazirliyinin elektron xidmətlər portalı yenilənib

Fövqəladə Hallar Nazirliyinin elektron xidmətlər portalı yenilənib

11-03-2025
Ötən ay 30 minə yaxın mobil nömrə digər şəbəkələrə daşınıb

Ötən ay 30 minə yaxın mobil nömrə digər şəbəkələrə daşınıb

01-08-2015
Mobil telefonların IMEI-kodlarının qeydiyyat müddəti uzadıldı

Mobil telefonların IMEI-kodlarının qeydiyyat müddəti uzadıldı

01-06-2015
Mobil cihazlarla bağlı elektron xidmətlər aktual olub

Mobil cihazlarla bağlı elektron xidmətlər aktual olub

02-07-2015
Ən çox istifadə olunan elektron xidmətlərin statistikası açıqlandı

Ən çox istifadə olunan elektron xidmətlərin statistikası açıqlandı

07-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə