Previous Next
Bağla

Mobil nömrələrin daşınması qaydalarında dəyişikliklər edilib

04-03-2015 10:47
Mobil nömrələrin daşınması qaydalarında dəyişikliklər edilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Nömrə resurslarının ayrılması və istifadəsi qaydaları"na dəyişikliklər edib. Mobil nömrələrin daşınması xidmətindən istifadə edən abunəçilərin rahatlığını təmin etmək məqsədilə nömrə daşınması prosesində nəzərdə tutulan müddət qısaldılıb.

Xəbərlər.az Rabitə və Yüksək Texnologiyalar nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dəyişikliklərə əsasən artıq mobil nömrələrin daşınması üçün tələb olunan 6 iş günü müddəti 3 iş günü müddətinə endirilib. Bundan sonra abunəçinin xidmətdən istifadə edilməsi ilə bağlı ərizəsinin qəbul olunduğu vaxtdan sonra 3 iş günü müddətində nömrəsinin daşınması həyata keçiriləcək. Bu da mobil nömrələrin daşınmasının daha operativ və çevik reallaşdırılması, abunəçilərin sözügedən xidmətə olan maraqlarının artırılmasına xidmət edir.

 Dəyişikliklərdən biri də abunəçilərin borcları ilə bağlıdır. Məlumat üçün bildirək ki, bu vaxta qədər borcu olan mobil nömrələrin daşınmasına icazə verilmirdi. Hətta “post paid” abunəçiləri tərəfindən borcla bağlı ödəniş ediləndən sonra abunəçi hər hansı bir nömrəyə zəng edirdisə, bu zaman yaranan 5-10 qəpik də borc hesab olunurdu və ona görə də nömrənin daşınmasından imtina edilirdi. Yeni dəyişikliyə görə, bu məsələ də aradan qaldırılıb. Belə ki, bundan sonra qeyd olunan abunəçilər üçün sözügedən borclar cari borclar hesab olunaraq daşınmaya icazə veriləcək və hesablama sonradan aparılacaqdır.

 Yeni dəyişikliklərin tətbiqinə mart ayının 2-dən etibarən başlanılıb. Azərbaycanda mobil nömrə daşınması xidmətinin tətbiqinə başlanıldıqdan bu vaxta qədər təxminən 17 mindən çox nömrə bir operatordan digərinə daşınıb.

 Qeyd edək ki, respublika ərazisində sellülar (mobil) nömrə daşınması xidməti 01 fevral 2014-cü il tarixindən etibarən fəaliyyətə başlayıb. Bu xidmət ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi sellülar (mobil) nömrənin (nömrəni saxlamaq şərti ilə) həmin abunəçiyə sellülar (mobil) xidməti göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Mobil nömrədaşıma” xidməti ilə bağlı məlumat bazası yaradılıb

“Mobil nömrədaşıma” xidməti ilə bağlı məlumat bazası yaradılıb

02-06-2015
Bakcell-i seçənlərin sayı artıb

Bakcell-i seçənlərin sayı artıb

20-02-2015
Ötən ay 30 minə yaxın mobil nömrə digər şəbəkələrə daşınıb

Ötən ay 30 minə yaxın mobil nömrə digər şəbəkələrə daşınıb

01-08-2015
Bir ayda 41 mindən artıq nömrə hansı mobil operatora daşınıb?

Bir ayda 41 mindən artıq nömrə hansı mobil operatora daşınıb?

02-07-2015
Nazirliyin elektron xidmətindən istifadə sayı açıqlanıb

Nazirliyin elektron xidmətindən istifadə sayı açıqlanıb

03-11-2015
Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

11-09-2015
Bu il 7,1 min mobil nömrə daşınıb

Bu il 7,1 min mobil nömrə daşınıb

17-07-2015
Ev telefonu çəkdirmək 30 manata başa gələcək

Ev telefonu çəkdirmək 30 manata başa gələcək

06-08-2025
Mobil nömrələrin satışı və aktivləşdirilməsi qaydaları dəyişdirilir

Mobil nömrələrin satışı və aktivləşdirilməsi qaydaları dəyişdirilir

13-08-2015
Abunəçilər Bakcell şirkətini seçir

Abunəçilər Bakcell şirkətini seçir

12-01-2015
Bütün abunəçilər üçün Aztelphone xidməti istifadəyə verildi

Bütün abunəçilər üçün Aztelphone xidməti istifadəyə verildi

28-08-2015
"Naxtel" nömrələrin daşınması üçün müraciət müddətini uzadıb

"Naxtel" nömrələrin daşınması üçün müraciət müddətini uzadıb

15-09-2025
Ev telefonlarından smartfonlara sms göndərmək mümkündür

Ev telefonlarından smartfonlara sms göndərmək mümkündür

18-05-2015
Azərbaycanda mobil rabitə nömrələrinin daşınması sisteminin ilin sonunadək tətbiq olunacağı gözlənilir

Azərbaycanda mobil rabitə nömrələrinin daşınması sisteminin ilin sonunadək tətbiq olunacağı gözlənilir

08-09-2010
Azercell-dən avtomatik balans artırılması imkanı

Azercell-dən avtomatik balans artırılması imkanı

05-11-2021
Nömrələrin satış qaydalarında mühüm dəyişiklik edilib

Nömrələrin satış qaydalarında mühüm dəyişiklik edilib

21-10-2015
Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

05-10-2015
Nar abunəçilərə 4 nömrə arasında pulsuz danışıq təqdim edir

Nar abunəçilərə 4 nömrə arasında pulsuz danışıq təqdim edir

30-11-2015
Azercell-ə daşınan nömrələrin sayı artıb

Azercell-ə daşınan nömrələrin sayı artıb

27-10-2015
Mobil nömrənin daşınması məsələsi niyə reallaşmır?

Mobil nömrənin daşınması məsələsi niyə reallaşmır?

31-05-2013
Mobil rabitə operatorları avqustun 1-dən mobil nömrələrin daşınması prosesinə başlamasa

Mobil rabitə operatorları avqustun 1-dən mobil nömrələrin daşınması prosesinə başlamasa

17-07-2013
Nar istifadəçiləri pulsuz ünsiyyət imkanı əldə edir

Nar istifadəçiləri pulsuz ünsiyyət imkanı əldə edir

29-10-2015
Mobil cihazların qeydiyyatı qaydası dəyişib - QƏRAR

Mobil cihazların qeydiyyatı qaydası dəyişib - QƏRAR

13-06-2023
Regional mobil rabitə operatoru fəaliyyətini dayandırır

Regional mobil rabitə operatoru fəaliyyətini dayandırır

01-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə