Previous Next
Bağla

Nağdsız valyuta bazarında 31,7 milyard dollarlıq əməliyyat aparılıb

16-02-2023 16:39
Nağdsız valyuta bazarında 31,7 milyard dollarlıq əməliyyat aparılıb

2022-ci ildə valyuta bazarında əməliyyatların həcmi bazarın bütün seqmentləri üzrə artıb. İl ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 13,9 faiz artaraq 31,7 milyard ABŞ dolları ekvivalentində olub.

Xeberler.az Mərkəzi Banka istinadla xəbər verir ki, nağdsız valyuta əməliyyatlarının 83,4 faizi ABŞ dollarında, 16,6 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28,6 faizi banklararası valyuta bazarında (BVB), 71,4 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib. Hesabat ilində BVB-də əməliyyatların həcmi 9,6 faiz artaraq 9 milyard ABŞ dolları ekvivalentində olub. Bu seqmentdə əməliyyatların 99,1 faizi ABŞ dollarında aparılıb.

BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 22,6 milyard dollar ekvivalentində olub ki, bu da ötən ilə nəzərən 15,8 faiz çoxdur.

Əməliyyatların 77,1 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93,2 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 27 faiz artaraq 5,1 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 85,7 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Aprel ayından başlayaraq ilin sonuna qədər xarici valyutanın alışının satışından yüksək olması hesabına xalis xarici valyuta satışı ötən ilə nəzərən 5 dəfə azalıb.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nağdsız valyuta bazarında 13.4 milyard dollarlıq əməliyyat aparılıb

16-08-2023

Hökumət ödəniş portalı üzərindən əməliyyatların 66 faizi nağdsız formada aparılıb

26-04-2023

Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

10-03-2025

HP kompüterlərin satış həcminə görə liderliyini qoruyur

08-09-2009

Apreldə ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb

24-05-2023

Kripto valyuta bazarı rekord qırdı

24-08-2017

Kart vasitəsilə edilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb

25-02-2025

Taleh Kazımov: "Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb"

24-11-2022

Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərdə böyük artım

26-12-2023

“Azərkosmos”un ixrac gəlirləri 17 faiz azalıb

03-04-2024

Rəqəmsal valyuta bazarı geriliyib

04-01-2019

Azərbaycanda kartlarla nağdsız əməliyyatların həcmi iki dəfə artıb

25-07-2022

İyunda elektron ticarət üzrə 2 min 867 milyon manat nağdsız ödəniş edilib

27-07-2023

Azərbaycanda nağdsız ödənişlərin həcmi 2 dəfə artıb

19-04-2023

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025

Ötən il “Apple Pay” və “Google Pay” ilə edilən ödənişlər 2 dəfə artıb

10-03-2025

Bitcoinin qiyməti 4 min dolları keçib

07-01-2019

9 ayda "Milli Ödəniş Sistemləri" ilə edilən əməliyatlar 590 milyard manat olub

19-11-2025

Azərbaycanın ticarət şəbəkəsində nağdsız ödənişlər üzrə dövriyyə artıb

04-06-2015

Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb

25-01-2023

Facebook reklam bazarında üstünlüyü ələ alıb

03-04-2015

Azərbaycanın qeyri-neft ixracı 3 milyard dollara yaxınlaşıb

06-01-2023

İT xidmətləri bazarının həcmi azalıb

02-11-2015

5 milyon manatılıq elektron ticarət dövriyyəsi olub

22-05-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə