Previous Next
Bağla

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Xəbərdarlıq edib

16-09-2024 11:10
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Xəbərdarlıq edib

Son zamanlar həm dövlət qurumlarına, həm də vətəndaşlara qarşı yönəlmiş kiberhücumların sayında kəskin artım müşahidə olunur. Cinayətkarlar şəxsi məlumatlara, maliyyə resurslarına və dövlət informasiya sistemlərinə icazəsiz giriş əldə etmək üçün getdikcə daha mürəkkəb metodlardan istifadə edirlər.

Hazırda ölkəmizdə ən çox istifadə olunan “any.run”, “virustotal” kimi ödənişsiz platformalarda bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatların - sənədlər, müqavilələr, maliyyə və mülkiyyət faylları, CV-lər, hesabatlar və s. dərc olunduğunun şahidi ola bilərik.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat və resurs mərkəzində yerləşdirilmiş dövlət qurumlarının elektron informasiya ehtiyatlarının 24/7 monitorinqini həyata keçirməklə yanaşı, dövlət qurumlarına məxsus digər elektron informasiya ehtiyatlarını və sistemlərini də audit yoxlamalarından keçirir. Audit yoxlamaları zamanı aşkar edilmiş boşluqların aradan qaldırılmasının vaxtında təmin olunmaması kiberinsidentlərin baş verməsini və fərdi məlumatların oğurlanmasını qaçılmaz edir.

Dövlət qurumlarına audit hesabatlarında onlara göndərilən boşluqları vaxtında aradan qaldırmağı, təhlükəsizlik tövsiyələrinə ciddi riayət etməyi, vətandaşlara isə kibergigiyena qaydalarına əməl etməyi həyat tərzinə çevirməyi tövsiyə edirik.

Məlumat üçün bildiririk ki, cari ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarına qarşı 675 kiberhücum indikatoru (IOC) “AzStateNet” şəbəkəsi üzrə 560,7 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 43 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 170 min 768 zərərverici tərkibli elektron sənəd aşkar edilərək blok edilmişdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət qurumları üçün yaradılmış poçt xidmətlərinin 2 milyondan çoxu zərərli tərkibli olub

20-02-2025

Dövlət qurumlarına kiberhücumlar 2 dəfədən çox azalıb

05-09-2024

Dövlət Xidməti: Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub

05-03-2025

Dövlət qurumlarına kiberhücumlar azalıb

12-10-2024

Dövlət qurumlarına kiberhücumlar oktyabrda azalıb

07-11-2024

Dövlət qurumlarına kiberhücumlar 45 faiz artıb

05-02-2025

Dövlət qurumlarına kiberhücumlar 16 faizdən çox azalıb

18-12-2024

Dövlət qurumlarına edilən kiberhücumların sayı artıb

02-04-2025

Dövlət qurumlarına kiberhücumların sayı artıb

06-05-2025

Dövlət qurumlarına kiberhücumlar 10 faizdən çox azalıb

08-01-2025

“AzStateNet”-də yeni nəsil mühafizə avadanlığı və kiber həllər vasitəsilə kiberhücumların qarşısı alınıb

17-01-2024

Ötən il Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub

02-04-2024

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 70 faizə yaxın azalıb

11-05-2026

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 40 faiz azalıb

05-11-2025

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 68 faiz azalıb

11-02-2026

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı noyabrda azalıb

03-12-2025

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı azalıb

06-10-2025

Dövlət qurumlarında təhlükəsizlik boşluqları aşkarlanmışdır

22-01-2024

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı azalıb

11-03-2026

“AzStateNet” şəbəkəsi üzrə bloklanan zərərli keçidlər azalıb

05-08-2025

Avqust ayında 30 milyondan çox zərərli keçid qeydə alınıb

03-09-2025

Azərbaycanda 90 dövlət qurumu informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

02-11-2022

“AzstateNet” dövlət şəbəkəsində bu ilin 3 rübü ərzində 709 milyondan çox zərərli keçid bloklanıb

18-10-2023

Dövlət Xidməti I yarımildə 373 dövlət informasiya sistemində boşluq tapıb

03-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə