Previous Next
Bağla

Azərbaycanda mobil telefonla ödəniş etmək mümkün olacaq

06-03-2019 14:00
Azərbaycanda mobil telefonla ödəniş etmək mümkün olacaq

"Moody’s Beynəlxalq Reytinq Agentliyi 70 ölkədə araşdırma aparıb və məlum olub ki, həmin ölkələrdə 4 il ərzində rəqəmsal ödənişlərin artırılması hesabına 296 mlrd. ABŞ dolları dəyərində əlavə ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Eyni zamanda 2,6 mln. yeni iş yeri açılıb”.

Xeberler.az  bildirir ki, bunu Bakıda keçirilən "İqtisadiyyatın Şaxələndirilməsi - Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum"da çıxış edən Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri departamentinin direktoru Kəmalə Qurbanova deyib.

K.Qurbanovanın sözlərinə görə, oxşar araşdırmanı “Visa” şirkəti də, dünyanın 100 şəhərində aparıb: “Bu şəhərlər arasında Bakı da var. Araşdırma məticəsində məlum olub ki, yaxın 15 il ərzində rəqəmsal ödənişlərin artırılması ÜDM-ə 470 mln. dollarlıq əlavə töhfə verəcək. Həmçinin 5 mln. a yaxın yeni iş yeri açılacaq".

AMB rəsmisi vurğulayıb ki, Azərbaycan rəqəmsal ödənişlərin artırılmasında maraqlıdır:

"Son 3 ildə milli ödəniş sistemlərində aparılan əməliyyatlar 79% artaraq 274 milyard manat təşkil edib. Kart ödənişlərində nağdsız dövriyyə isə 126% artaraq 2,8 milyard manat olub. Bu müddətdə ticarət dövriyyəsində artım 4,5 milyard manata çatıb".

Bundan başqa, onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanda sim kartlar vasitəsilə ödənişlər mümkün olacaq:

“Ani ödəniş sistemi ilə bağlı layihənin birinci mərhələsi bu ilin sonunda başa çatdırılacaq. Bu sistem imkan verəcək ki, zaman və məkan fərqi olmadan insanlar 5-10 saniyə ərzində ödənişlərini başa çatdırsınlar. Bu zaman fiziki şəxslərə plastik kartlardan fiziki olaraq istifadə etmədən bank hesablarına bağlanmış telefon nömrələri vasitəsilə ödəniş etmək imkanı yaradılacaq. Növbəti mərhələdə isə müasir "identify" texnologiyalarından istifadə ediləcək".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda kartlarla nağdsız əməliyyatların həcmi iki dəfə artıb

25-07-2022

Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

10-03-2025

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

08-11-2016

Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb

25-01-2023

9 ayda "Milli Ödəniş Sistemləri" ilə edilən əməliyatlar 590 milyard manat olub

19-11-2025

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

10-09-2016

5 milyon manatılıq elektron ticarət dövriyyəsi olub

22-05-2024

Taleh Kazımov: "Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb"

24-11-2022

Ötən il “Apple Pay” və “Google Pay” ilə edilən ödənişlər 2 dəfə artıb

10-03-2025

Azərbaycanda nağdsız ödənişlərin həcmi azalıb

10-08-2017

Nağdsız ödənişlərin 87 faizdən çoxu elektron ticarətin payına düşüb

30-08-2025

Hökumət ödəniş portalı üzərindən əməliyyatların 66 faizi nağdsız formada aparılıb

26-04-2023

Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərdə böyük artım

26-12-2023

Azərbaycanda nağdsız ödənişlərin həcmi 2 dəfə artıb

19-04-2023

Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

12-08-2020

Azərbaycanda “Apple Pay” və “Google Pay” ilə aparılmış ödənişlərin məbləği açıqlandı

13-06-2023

Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksinə görə reytinqini artırıb

24-06-2025

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025

AMB milli ödəniş infrastrukturunun beynəlxalq inteqrasiya perspektivlərini araşdırır

03-04-2026

Apreldə ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb

24-05-2023

İyunda elektron ticarət üzrə 2 min 867 milyon manat nağdsız ödəniş edilib

27-07-2023

Kart vasitəsilə edilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb

25-02-2025

2026-cı ilədək Azərbaycanda rəqəmsal ödənişlərin həcmi 25 faiz artacaq

13-06-2023

AMB-nin departament rəhbəri: Ödəniş sistemləri ilə bağlı qanun noyabrda qüvvəyə minəcək

06-09-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə