Previous Next
Bağla

Rəqəmsal ödənişlər sahəsində Qafqazda ilk forum keçirilib

10-02-2020 20:41
Rəqəmsal ödənişlər sahəsində Qafqazda ilk forum keçirilib

Xeberler.az bildirir ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı VİSA şirkətinin nümayəndə heyətini qəbul edib. Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanda rəqəmsal ödənişlər üzrə dövlət proqramı dünyada bu sahədə olan əsas trendlərə, o cümlədən, karddan buluda keçid, hər yerdə satış nöqtəsi, xəbərlə ödəmə, ledger üzərindən sərhədsiz tranzaksiyalar və API iqtisadiyyatına cavab verməyə hesablanıb: “Hazırda dünyada təhlükəsizliyə əsaslanan və müştəri-mərkəzli ödəmə sistemindən kardsız və ya rəqəmsal ekosistemə keçid baş verir. İstehlakçılar daha çox innovasiyalara hazır olmaqla, ödənişlərdə nəzarət və rahatlığı üstün tuturlar. Rəqəmsal ödənişlərin gələcəyi əşyaların internetinin inkişafı ilə sıx bağlıdır. Eyni zamanda getdikcə texnologiya şirkətləri banklar və finteklərlə yanaşı rəqəmsal ödənişlərdə daha əhəmiyyətli rol oynayacaq və hətta onları sıxışdıracaq.”

V.Qasımlı daha sonra bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın 4-cü sənaye inqilabı mərkəzinə çevrilməsi regionda rəqəmsal ödəniş ekosisteminin
inkişafına böyük dəstək olacaq: “Azərbaycanda innovativ iqtisadiyyatın inkişafı möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın müəyyənləşdirdiyi prioritetdir.”

Görüşdə həmçinin bu il fevral ayının 12-də Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçiriləcək “Visa Cashless Forum” barədə müzakirələr aparılıb. Qeyd olunub ki, ölkədə və Qafqazda ilk dəfə keçiriləcək forumun mövzusu “Driving the Future” (Gələcəyə hərəkət) olacaq.

“Visa”nın MDB və Cənub-Şərqi Avropa regionunda başlıca tədbiri olan “Visa Cashless Forum” rəqəmli ödənişlər ekspertlərinin, bank, maliyyə, ticarət, xidmətlər kimi sahələrin nümayəndələrinin iştirakı ilə nağdsız ödənişlərin və ödənişlər sahəsindəki innovasiyaların daha geniş tətbiqilə bağlı məsələlərin müzakirə olunduğu platformadır. Forumun gündəmindəki başlıca mövzular müasir ödənişlər sistemini yaradan amillər, onların sahibkarlığa və istehlakçılara təsiri, o cümlədən innovasiyalı ödəniş variantları, rəqəmli çevrilmə, smart ölkə, hissiyatlı bankçılıqla müasir müştərilər, bank sektorunun gələcəyi: ənənəvi və yeni banklar, rəqəmli bankçılığın müxtəlif inkişaf yolları, nağsdsız ödənişləri təşviq edən tənzimləmə olacaq. Vüsal Qasımlı ilə görüşdə VİSA şirkətinin nümayəndələri Salvador Perez Galindo, Kristina Doros, Yuliya Verbova, Nurlan Hacıyev iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vüsal Qasımlı VİSA şirkətinin nümayəndə heyətini qəbul edib

18-04-2019

İİTKM VİSA İnternational şirkəti ilə görüş keçirib

11-09-2019

Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

08-12-2021

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

Rəqəmsal ödənişlər müzakirə olunub

01-11-2017

2026-cı ilədək Azərbaycanda rəqəmsal ödənişlərin həcmi 25 faiz artacaq

13-06-2023

“Visa” Azərbaycanı rəqəmsal emissiyaya hazırlayacaq

18-11-2020

Vüsal Qasımlı: "Azərbaycan rəqəmsal ticarətin asanlaşması üzrə ilk pillədədir"

14-04-2021

Kristina Doros: Azərbaycan Visa üçün strateji bazarlardan biridir

13-06-2023

Kristina Doros: Azərbaycan Visa üçün strateji bazarlardan biridir

13-06-2023

Bakıda “Fintex Sammit 2025” keçiriləcək

17-06-2025

Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

21-02-2020

Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

10-05-2019

Azərbaycanda Visa Cashless Forum-u keçirilib

12-02-2020

Visa: Azərbaycan bizim üçün rəqəmsal ödəniş üzrə strateji bazardır

24-06-2025

Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

18-05-2017

Azexport portalı Rəqəmsal ödənişlərin inkişafı mövzusunda təlim keçirib

13-02-2019

İİTKM BP ilə anlaşma memorandumu imzaladı

15-10-2018

Visa Token xidməti istifadəyə veriləcək

09-09-2019

"Visa" rəsmisi: "Azərbaycanın dəmir yollarında nağdsız ödəniş hər gün artır"

13-06-2023

"Maliyyə texnologiyalarının təkmilləşdirilməsi zəruridir"

13-06-2023

Vüsal Qasımlı Azərbaycan portalını Silikon vadisində təqdim edib

28-09-2018

Azərbaycanda rəqəmsal manat yaradıla bilər

08-12-2021

Vüsal Qasımlı təhsilini Harvard Universitetində davam etdirəcək

18-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə