Previous Next
Bağla

Azərbaycanda Visa Cashless Forum-u keçirilib

12-02-2020 17:36
Azərbaycanda Visa Cashless Forum-u keçirilib

Xeberler.az bildirir ki, Qlobal ödənişlər üzrə gəlirlərin artımı 2017-ci ildə 11 faiz, 2018-ci ildə 6 faiz olmaqla dünyadakı iqtisadi artım tempini əhəmiyyətli şəkildə üstələyir. “Worldpay” hesabatına əsasən 2022-ci ilə qədər dünyada e-commerc-in həcmi 140 online ödəmə sistemindən istifadə etməklə 4,6 trilyon dolları keçəcək. Hazırda dünyada kredit və debet kartları, əvvəlcədən ödəmə kartları, elektron cüzdanlar, onlayn bank ödəmələri, birbaşa debet, sonradan ödəmə, nağd pul, birbaşa daşıyıcı göndərmə və kriptovalyutalardan ödəmə vasitəsi kimi istifadə edilir. Dünyada rəqəmsal ödənişlərin hər 1 faiz artımı istehlak səviyyəsini 104 milyard dollar artıra bilər.

“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” və “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” ölkəmizdə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi üçün əsas dövlət sənədləridir. Hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi hər iki sənədin monitorinq və qiymətləndirilməsini həyata keçirir. Dövlət Proqramının icrası nəticəsində nağdsız ödənişlərin illik həcmi təqribən 17 mlrd. manat arta bilər. Bu isə nağdsız ödənişlərin payının hər il 7% artmasına imkan verəcəkdir. Nəticədə bütövlükdə iqtisadi tranzaksiyada nağd ödənişlərin payı 74%- dən 40%-ə qədər azalacaqdır.

Azərbaycanda ötən il Banklararası Milli Hesablaşmalar Sistemi üzrə ödənişlərin məbləği azalsa da, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi və Sürətli pul köçürmə sistemləri üzrə köçürmələr artmışdır. Ümumilikdə, ölkəmizdə ödəniş və pul köçürmə sistemləri üzrə əməliyyatların sayı 2019-cu ildə 40 faiz artmışdır. 2019-cu ildə ödəniş kartlarının sayı 11,2 faiz artmaqla 7,3 milyon ədədə çatmışdır. Həmçinin, keçən il debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı 38 faiz, məbləği isə 31 faiz artmışdır. 2019-cu ildə ölkədaxili əməliyyatlardan elektron ticarət üzrə nağdsız ödəniş əməliyyatlarının sayı 67 faiz, məbləği isə 97 faiz artmışdır. Azərbaycanda elektron ticarətin həcmi tarixdə ilk dəfə olaraq rekord həddə artmışdır. Təsadüfi deyil ki, Azərbaycan UNESCAP-ın hesablamalırna görə, kağızsız ticarət və ticarətin asanlaşdırılması kriteriyalarına görə Cənubi Avropadan başlamış Çinə qədər geniş bir coğrafiyada lider ölkədir. Azərbaycanda son bir ildə ATM-lər vasitəsilə nağdsız ödənişlər cüzi azalsa da, POS terminallar üzrə nağdsız ödənişlər 20 faizə qədər artmışdır. Lakin ATM və POS terminalların sayı aşağı sürətlə artır, xüsusən regionlarda azalma müşahidə edilir. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə rəqəmsal vergi inzibatçılığının inkişaf etdirilməsi üçün elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulub. Pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaq ki, bu da nağdsız ödənişlərin stimullaşdırılması deməkdir. Elektron ixracın lideri Azexport.az portalının ixrac sifarişləri son üç ildə 1.5 milyard dolları keçib. Azərbaycanda ani ödəniş sistemi, smart tələbə kartları, dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi, ictimai nəqliyyatda nağdsız əməliyyatlar və başqa istiqamətlərdə rəqəmsal ödənişlərin inkişafı üçün fəaliyyətlər göstərilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

10-03-2025

Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərdə böyük artım

26-12-2023

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025

Kart vasitəsilə edilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb

25-02-2025

Hökumət ödəniş portalı üzərindən əməliyyatların 66 faizi nağdsız formada aparılıb

26-04-2023

Ötən il “Apple Pay” və “Google Pay” ilə edilən ödənişlər 2 dəfə artıb

10-03-2025

Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb

25-01-2023

İyunda elektron ticarət üzrə 2 min 867 milyon manat nağdsız ödəniş edilib

27-07-2023

Apreldə ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb

24-05-2023

Nağdsız ödənişlərin 87 faizdən çoxu elektron ticarətin payına düşüb

30-08-2025

Azərbaycanın ticarət şəbəkəsində nağdsız ödənişlər üzrə dövriyyə artıb

04-06-2015

Azərbaycanda kartlarla nağdsız əməliyyatların həcmi iki dəfə artıb

25-07-2022

9 ayda "Milli Ödəniş Sistemləri" ilə edilən əməliyatlar 590 milyard manat olub

19-11-2025

2026-cı ilədək Azərbaycanda rəqəmsal ödənişlərin həcmi 25 faiz artacaq

13-06-2023

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

10-09-2016

Azərbaycanda nağdsız ödənişlərin həcmi azalıb

10-08-2017

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

08-11-2016

Azərbaycanda nağdsız ödənişlərin həcmi 2 dəfə artıb

19-04-2023

Azərbaycanda ödəniş kartlarının sayı 13 milyonu ötüb

25-01-2023

5 milyon manatılıq elektron ticarət dövriyyəsi olub

22-05-2024

Taleh Kazımov: "Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb"

24-11-2022

Rəqəmsal ödənişlər müzakirə olunub

01-11-2017

Azərbaycanda nağdsız ödənişlərlə bağlı hansı işlər görülür? -ŞƏRH

15-12-2022

"Visa" rəsmisi: "Azərbaycanın dəmir yollarında nağdsız ödəniş hər gün artır"

13-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə