Yaponiyanın “Sony” şirkəti 1994-cü ildə “PlayStation” oyun qurğusunun birinci nəslini təqdim edib. Bu hadisənin 25 illiyi münasibətilə şirkət onun “PlayStation Classic” adlanacaq kiçildilmiş surətini buraxacaq.
Xeberler.az bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə yeni qurğunun ölçüsü orijinal “PlayStation” konsolundan təxminən iki dəfə kiçik olsa da, xarici görünüşünə görə oxşar olacaq. Qurğu dəstinə “HDMI” kabeli və iki idarəetmə coystiki daxildir, lakin istifadə üçün 5V-luq “USB AC” adapter də tələb olunur.
“PlayStation Classic” konsolunun satışlarına dekabrın 3-dən etibarən başlamaq nəzərdə tutulur. Qiyməti 99 dollar təşkil edəcək qurğu üçün ilkin sifarişlər isə artıq indidən qəbul edilir.
Yeni “PlayStation Classic” konsolunda o vaxtın 20 məşhur oyunu, o cümlədən “Final Fantasy VII”, “Jumping Flash”, “Ridge Racer Type 4”, “Tekken 3” və “Wild Arms” əvvəlcədən quraşdırılacaq. Konsola əvvəlcədən quraşdırılacaq oyunların tam siyahısı sonradan açıqlanacaq
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri