Xiaomi şirkəti yenilənmiş “Mi Box S” televizor qurğusunu təqdim edib.
Xeberler.az bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, qiyməti 60 dollar təşkil edən yeni qurğu çoxlu quraşdırılmış “Google” məhsullarına malikdir, “HDR” standartlı təsviri saniyədə 60 kadr sürətində olmaqla “4K” təsvir ölçüsündə göstərir və “Dolby DTS” çoxkanallı səs formatını dəstəkləyir.
Məlumata görə, “Xiaomi Mi Box S” çoxnüvəli alt qrafik sistemli dördnüvəli prosessor, 2 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaş və “Bluetooth 4.2” dəstəyi ilə təchiz edilib. Televizor qurğusunda 1 “HDMI 2.0A” və “USB 2.0” portu və audioçıxış nəzərdə tutulub. Əvvəlki “Xiaomi” mediapleyer modelləri kimi, yeni qurğu ən son “Android TV” versiyasının idarəetməsi ilə işləyir.
Qurğu dəstinə üzərində “Netflix” onlayn kinoteatrı və televizor kanallarına keçid üçün ayrı-ayrı düymələrin quraşdırıldığı məsafədən idarəetmə pultu daxildir.
ABŞ-da “Xiaomi Mi Box S” üçün artıq ilkin sifarişlər qəbul edilir. Qurğunun tədarüklərinə isə oktyabrın 19-dan etibarən başlamaq nəzərdə tutulur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri