Previous Next
Bağla

Poçt məntəqlərini tapmaq asanlaşdı-Yeni e-xidmət

25-01-2017 14:56
 Poçt məntəqlərini tapmaq asanlaşdı-Yeni e-xidmət

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni elektron xidmət istifadəyə verib.

RYTN-in mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə“Elektron hökumət” portalında 36 xidməti ilə təmsil olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Poçt ünvanları - interaktiv xəritə” adlı daha bir elektron xidməti portala inteqrasiya olunub.

Bu xidmətdən istifadə etməklə  Azərpoçt MMC-nin 1600-dən çox poçt şöbəsinin ünvanlarını, poçt indekslərini, poçtların iş rejimini, poçt məntəqəsinə gedən ən yaxın yolu müəyyən etmək mümkündür.

Google Map üzərindən təqdim edilən bu xidmət bir çox funksionallıqları özündə birləşdirir. Xəritə üzərində küçə adına, poçt indeksinə və telefon nömrəsinə görə axtarış etmək  olar.

Məsələn, əgər küçə adı üzrə poçt məntəqəsi haqqında məlumat almaq istəyirsinizsə, menyudan “Küçə adına görə” kateqoriyasında müvafiq xanadan lazım olan küçənin adını seçməklə xəritə üzərində açılan  pəncərədə poçt məntəqəsi ilə  bağlı bütün məlumatlarla tanış olmaq mümkündür.

Digər 2 kateqoriya -  “poçt indeksinə görə”, “telefon nömrəsinə görə” seçməklə  də eyni formada axtarış etmək olar.

Xidmətin funksional imkanları genişdir.

"marşrutu göstər" düyməsini seçdikdə lokasiya üzrə poçt məntəqəsinə olan nəqliyyat vasitəsinin hərəkət marşrutu göstərilir.

Qeyd edək ki, ötən il  Məlumat Hesablama Mərkəzi  iOS və Android” əməliyyat sistemində işləyən qurğular üçün "Poçt Ünvanları" adlı, eyni funksiyalı mobil tətbiq də istifadəyə verib.

"Poçt Ünvanları" mobil tətbiqini App Store   və Play Store-da  "Poçt Ünvanları" yazıb axtarış etməklə mobil qurğunuza yükləyəmək mümkündür.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Poçt şöbələrinin axtarışı iOS və Android-də

01-04-2016

Poçt indekslərini öyrənmək asanlaşdı

13-01-2016

“GoMap elektron xəritə” xidmətindən 1844 dəfə istifadə edilib

08-06-2015

İstirahət mövsümü ilə əlaqədar “GoMap elektron xəritə” xidmətinin əhəmiyyəti artır

03-06-2015

MilliNet 2017-də Nominant statusu alan mobil tətbiqlər

13-12-2017

“Elektron hökumət” portalı vasitəsilə GoMap-dən istifadə edənlərin sayı artıb

07-07-2015

Portalın mobil tətbiqi yeniləndi

03-05-2017

Azərbaycanda məscidləri tapmaq asanlaşdı-Yeni veb xəritə

07-02-2017

Poçtap e-xidməti portala inteqrasiya edildi

17-03-2017

71 mindən çox istifadəçi telefon nömrəsi üzrə axtarış edib

11-04-2015

Portalın Android versiyasına yeni xidmətlər əlavə edildi

22-06-2017

Telefon nömrəsi üzrə axtarış edənlərin sayı açıqlanıb

14-09-2015

“Azərpoçt” yeni mobil tətbiqini istifadəyə verib

22-02-2022

Nazirliyin elektron xidmətlərindən 185 mindən çox istifadə olunub

10-07-2015

Nazirliyin telefon nömrəsi üzrə axtarış sistemindən istifadə sayı artıb

13-10-2015

IMEI kodunun yoxlanılması ən populyar xidmət olub

04-08-2015

Nazirliyin telefon nömrəsi üzrə axtarış sistemi istifadə sayına görə 3-cü olub

14-11-2015

Nazirlik e-xidmətdən istifadəyə görə birincidir

10-12-2015

Portalın Android versiyası istifadəyə verildi

05-05-2016

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ikinci oldu

09-09-2015

“Azərpoçt” MMC karqo xidmətini istifadəyə verib

29-11-2022

Diplom arayışları ilə bağlı e-xidmət yeniləndi

24-05-2017

Vahid Elektron Xidmətlər Portalına daha iki xidmət inteqrasiya edilib

20-06-2022

"AYNA MaaS" mobil tətbiqi yenilənib

09-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə