Previous Next
Bağla

Poçtap e-xidməti portala inteqrasiya edildi

17-03-2017 15:39
Poçtap e-xidməti portala inteqrasiya edildi

Azərpoçt-un istifadəyə verdiyi  Poçtap  xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib.

Bu barədə Xeberler.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat  verilib.

Qeyd edilib ki, bu xidmət itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması məqsədi daşıyır. Belə ki, əgər hər hansı bir sənədinizi itirmisinizsə, onu tapmaq üçün “Elektron hökumət” portalında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi elektron xidmətlərin siyahısındakı “POÇTAP - itirilmiş sənədlərin axtarışı” xidmətindən istifadə edə bilərsiniz.

Açılan səhifədə ilk olaraq sənədin qrupu seçilir. Sonra vətəndaş tələb olunan xanada sənədin nömrəsini, soyadını, adını və ata adını qeyd edərək axtarış düyməsini aktiv edir. Axtarışa uyğun nəticə dərhal ekranda görünür.

Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaş 169 çağrı mərkəzinə zəng edərək tapılmış sənədi ona yaxın poçt məntəqəsinə yönləndirə bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər.

Xidmətdən istifadə üçün portalda qeydiyyatda keçmək tələb olunmur.

Məlumat üçün bildirək ki, Poçtap xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN  xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və Şəbəkə xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.

Qeyd edək ki, artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron hökümət” portalına inteqrasiya etdirdiyi elektron xidmətlərinin sayı 38-ə çatıb.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

1084 itirilmiş sənəd tapılıb

06-11-2018

Azərpoçt-un Poçtap sistemində 1000 itirilmiş sənəd qeydiyyata alınıb

03-10-2018

Poçtap sayəsində 1142 sənəd aidiyyəti üzrə təhvil verilib

04-02-2019

Poçtap xidmətinə 1407 sənəd daxil olub

14-08-2019

İndiyədək Azərpoçt-da 1272 itirilmiş sənəd qəbul olunub

08-04-2019

İndiyədək “Azərpoçt”da 1385 itirilmiş sənəd qəbul olunub

01-07-2019

Azərpoçt-un filial və şöbələrində 1132 sənəd qəbul olunub

11-01-2019

Poçtap sayəsində 1224 sənəd aidiyyəti üzrə təhvil verilib

11-03-2019

İndiyədək “Poçtap” sayəsində 528 sənəd tapılaraq sahibinə qaytarılıb

04-04-2020

Poçtap xidməti ilə 500-ə yaxın itmiş sənəd sahibinə çatdırılıb

02-10-2019

Azərpoçt bu günə qədər 500-ə yaxın itmiş sənədi sahibinə çatdırıb

03-02-2020

Azərpoçt 500-dək itmiş sənədi sahibinə qaytarıb

07-01-2020

5 qurum itirilmiş sənədlərin tapılmasına dəstək göstərəcək

14-03-2017

İtirilmiş sənədləri necə tapmaq olar? - Poçtap

02-03-2017

481 itmiş sənəd tapılıb

23-10-2017

Azərbaycan poçtunda 50-dən çox itirilmiş sənəd var

10-05-2018

Gömrük rəsmiləşdirilməsi e-hökumət portalında mümkündür

15-10-2015

Azərpoçt-dan yeni xidmət

03-11-2016

Portala yeni xidmət inteqrasiya olunub

11-07-2016

Daha bir xidmət “Elektron hökumət” portalına qoşuldu

02-02-2015

“E-gov identity” xidməti artıq vətəndaşların istifadəsində

03-11-2015

Portala 3 yeni e-xidmət inteqrasiya olundu

10-01-2018

Azərbaycanda malların gömrükdən keçirilməsi asanlaşdı

05-01-2016

Biləsuvar Rayon İcra Hakimiyyəti portala qoşuldu

17-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə