Previous Next
Bağla

Prezident Cəlilabad Telekommunikasiya Qovşağında olub

04-09-2017 09:54
Prezident Cəlilabad Telekommunikasiya Qovşağında olub

Azərbaycan prezidenti İlham Əliyev bu gün Cəlilabad Telekommunikasiya Qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binasında yaradılan şəraitlə tanış olub.

Xeberler.az məlumat  verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Cəlilabad Telekommunikasiya Qovşağının inzibati və texnoloji binasında görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Sahəsi 1700 kvadratmetrdən çox olan dördmərtəbəli bina əsaslı təmir-tikinti işləri aparılaraq yenidən qurulub. Qovşağın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.

Qovşağın birinci mərtəbəsində "Şəbəkə" xidmət mərkəzi yaradılıb. Nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən bütün poçt və telekommunikasiya xidmətləri artıq bir məkanda təqdim ediləcək. "Şəbəkə" xidmət mərkəzində poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, IMEI qeydiyyat, “Elektron hökumət”, "Elektron imza", valyuta mübadiləsi, poçtap xidməti, aviabiletlərin və turpaketlərin satışı və digər bir çox xidmətlər təqdim olunacaq. Sahəsi 450 kvadratmetr olan mərkəz əsaslı təmir edilib. Ən son texnoloji tələblərə uyğun avadanlıqla təchiz olunan mərkəzdə müasir çeşidləmə otağı yaradılıb.

Dövlətimizin başçısına mərkəzdəki elektron hökumət ödəmə sistemi barədə də məlumat verilib. Qeyd olunub ki, bu sistem vasitəsilə hazırda kommunal xərclər və digər ödənişlər mümkündür. Mərkəzdəki "Elektron imza" və "Elektron hökumət" portalı ilə bağlı həyata keçirilən yeniliklər barədə də ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, vətəndaşlar mərkəzdən aviabiletlər əldə edə bilərlər. Burada müvafiq təlimlər keçmiş işçilər həftənin 7 günü saat 9:00-dan 20:00-dək vətəndaşlara xidmət göstərəcəklər. Mərkəzdə könüllülər də fəaliyyət göstərirlər. Gələcəkdə onların bu müəssisədə çalışmaları nəzərdə tutulub.

Qovşağın binasının inzibati hissəsinin foyesində ulu öndər Heydər Əliyevin siyasəti fəaliyyəti, həmçinin dövlətimizin başçısının İKT sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən fotolardan ibarət stendlər yaradılıb.

 

Qovşaqda fəaliyyət göstərəcək Elektron Hökumət Təlim-Tədris Mərkəzi də yenidən qurulub və müasir avadanlıqla təchiz edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqların inkişaf etdirilməsi məqsədilə yaradılıb. Ölkə üzrə 15 regionda 17 mərkəz fəaliyyət göstərir. Onlayn təhsil portalı vasitəsilə bütün regional mərkəzlər üçün real vaxt rejimində distant təlimlər keçirilir.

Prezident İlham Əliyevə respublika üzrə telekommunikasiya qovşaqlarında quraşdırılacaq yeni nəsil avadanlıqlar barədə də məlumat verilib.



Bildirilib ki, telekommunikasiya qovşaqlarının bu avadanlıqlarla təchiz edilməsi nəticəsində xidməti ən müasir səviyyəyə çatdırmaq mümkün olacaq. Azərbaycan Prezidentinin tapşırığına əsasən, regionlarda mövcud telekommunikasiya infrastrukturunun yenilənməsi və inkişafı istiqamətində layihələrə start verilib. Prezident İlham Əliyev tərəfindən təsdiq olunan dövlət proqramına uyğun olaraq, ölkə əhalisinin genişzolaqlı internetə çıxışının daha da yaxşılaşdırılması üçün aparılan işlər bütün regionları əhatə edəcək.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Yeni Şəbəkə xidmət mərkəzi fəaliyyətə başladı-Foto

Yeni Şəbəkə xidmət mərkəzi fəaliyyətə başladı-Foto

11-12-2017
Prezident “Şəbəkə” xidmət mərkəzinin açılışında iştirak edib-Yenilənib

Prezident “Şəbəkə” xidmət mərkəzinin açılışında iştirak edib-Yenilənib

10-02-2017
Ağdaşda Şəbəkə Xidmət Mərkəzi istifadəyə verilib

Ağdaşda Şəbəkə Xidmət Mərkəzi istifadəyə verilib

29-10-2019
 212 saylı məktəbdə də internet sistemi yaradılıb

212 saylı məktəbdə də internet sistemi yaradılıb

07-09-2017
e-GovPay-də dövlət rüsumlarını da ödəmək mümkün olacaq

e-GovPay-də dövlət rüsumlarını da ödəmək mümkün olacaq

10-02-2017
74 nömrəli məktəbdə internet sistemləri quraşdırılıb

74 nömrəli məktəbdə internet sistemləri quraşdırılıb

04-09-2017
Sumqayıtda ilk Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

Sumqayıtda ilk Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

26-07-2018
İlham Əliyev səyyar “ASAN qatar”la tanış olub-Foto

İlham Əliyev səyyar “ASAN qatar”la tanış olub-Foto

28-12-2016
Yeni Şəbəkə xidmət mərkəzi açılacaq

Yeni Şəbəkə xidmət mərkəzi açılacaq

11-02-2018
Gəncədə məktəbə yeni internet və telefon xətti çəkilib

Gəncədə məktəbə yeni internet və telefon xətti çəkilib

10-11-2017
FHN-in Kibertəhlükəsizlik əməliyyatları mərkəzi və Rabitə mərkəzinin açılışı olub

FHN-in Kibertəhlükəsizlik əməliyyatları mərkəzi və Rabitə mərkəzinin açılışı olub

04-04-2024
“Elektron Hökumət” bülleteni təqdim olunacaq

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015
Elektron Hökumət Təlim-Tədris Mərkəzi yaradılır

Elektron Hökumət Təlim-Tədris Mərkəzi yaradılır

21-05-2015
Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022
Tələbələrə portal barədə məlumat verilib

Tələbələrə portal barədə məlumat verilib

29-03-2017
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanda tikilən kompüter–tədris mərkəzi istifadəyə verilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanda tikilən kompüter–tədris mərkəzi istifadəyə verilib

08-10-2008
 Regionlarda əhaliyə e-xidmətlərlə bağlı məlumat verilir

Regionlarda əhaliyə e-xidmətlərlə bağlı məlumat verilir

31-08-2017
“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015
E-imza ilə bağlı növbəti seminar keçirilib

E-imza ilə bağlı növbəti seminar keçirilib

06-05-2017
İlham Əliyev Balakəndə ABAD Mərkəz-in açılışında-Foto

İlham Əliyev Balakəndə ABAD Mərkəz-in açılışında-Foto

03-08-2017
“Elektron hökumət” bülleteninin növbəti sayı dərc edilib

“Elektron hökumət” bülleteninin növbəti sayı dərc edilib

18-07-2017
Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şəbəkə xidmət mərkəzi  istifadəyə verildi

Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

06-12-2018
Nazirlik yeni Şəbəkə mərkəzləri açdı-Foto

Nazirlik yeni Şəbəkə mərkəzləri açdı-Foto

05-06-2017
Bölgələrdə yaşayan uşaqlar üçün onlayn təlim keçirilib

Bölgələrdə yaşayan uşaqlar üçün onlayn təlim keçirilib

12-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə