Previous Next
Bağla

Yeni Şəbəkə xidmət mərkəzi fəaliyyətə başladı-Foto

11-12-2017 14:30
Yeni Şəbəkə xidmət mərkəzi fəaliyyətə başladı-Foto

 Zaqatala Telekommunikasiya Qovşağının inzibati və texnoloji binası əsaslı şəkildə yenidən qurularaq,  müasir avadanlıqla təchiz olunub. Rekonstruksiya işləri başa çatdırılan bina artıq istifadəyə verilib.

Əsaslı rekonstruksiya nəticəsində quraşdırılan avadanlıqlar vasitəsilə əməliyyat xərclərinə 30 faizə qədər qənaət olunacaq, müştərilərə yüksəksəviyyəli xidmət göstəriləcək.

Xeberler.az bildirir ki, bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Qovşaqda yaradılan şəraitlə tanış olub.

Sahəsi 2600 kvadratmetrdən çox olan dördmərtəbəli binanın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.

İşçi personalının daha rahat işləməsi üçün bütün lazımi şərait yaradılıb. Qovşağın kompüter parkı yenilənib, tədbir və konfransların keçirilməsi üçün konfrans zalı istifadəyə verilib.

Qovşaqda fəaliyyət göstərən Elektron Hökumət Təlim-Tədris Mərkəzi də yenidən qurulub və müasir avadanlıqla təchiz edilib. Qeyd edək ki, Elektron Hökumət Təlim-Tədris Mərkəzində əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyaları üzrə bilik və bacarıqları inkişaf etdirilir.

Eyni zamanda, qovşağın birinci mərtəbəsində Şəbəkə”xidmət mərkəzi yaradılıb. Sahəsi 672 kvadratmetr olan mərkəz əsaslı təmir edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən bütün poçt və telekommunikasiya xidmətləri artıq bu məkanda təqdim ediləcək. Zaqatalalılar “Şəbəkə” xidmət mərkəzinə gəlməklə  poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, IMEI qeydiyyat, “Elektron hökumət”, “Elektron imza”, valyuta mübadiləsi, poçtamt xidməti, aviabiletlərin və turpaketlərin satışı və digər bir çox xidmətlərdən faydalana biləcək.

Mərkəzdə E-Gov Pay ödəmə sistemi də fəaliyyət göstərir. Bu sistem vasitəsilə hazırda kommunal xərclər və digər ödənişlər mümkündür. Vətəndaşlar mərkəzdən, həmçinin, aviabiletlər də əldə edə bilərlər. Burada müvafiq təlimlər keçmiş işçilər həftənin 7 günü saat 9:00-dan 19:00-dək vətəndaşlara xidmət göstərəcəklər. Mərkəzdə könüllülər də fəaliyyət göstərirlər və gələcəkdə onların bu müəssisədə çalışmaları nəzərdə tutulub.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Prezident Cəlilabad Telekommunikasiya Qovşağında olub

04-09-2017

Ağdaşda Şəbəkə Xidmət Mərkəzi istifadəyə verilib

29-10-2019

Prezident “Şəbəkə” xidmət mərkəzinin açılışında iştirak edib-Yenilənib

10-02-2017

Yeni Şəbəkə xidmət mərkəzi açılacaq

11-02-2018

Sumqayıtda ilk Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

26-07-2018

Nazirlik yeni Şəbəkə mərkəzləri açdı-Foto

05-06-2017

Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

06-12-2018

Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 3 il ötür

10-02-2020

74 nömrəli məktəbdə internet sistemləri quraşdırılıb

04-09-2017

Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir

08-02-2019

e-GovPay-də dövlət rüsumlarını da ödəmək mümkün olacaq

10-02-2017

Elektron Hökumət Təlim-Tədris Mərkəzi yaradılır

21-05-2015

İKT ilə bağlı böyük sosial layihə başladı

22-09-2017

“Şəbəkə”dən istifadə edənlərin sayı 10 minə çatıb

01-03-2017

Zaqatalada 12 yeni elektron ATS quraşdırılır

12-07-2015

Elektron Hökumət Tədris Mərkəzi İT təlimlərə başlayır

06-10-2016

Naxçıvandakı yeni STEAM Təlim-Tədris Mərkəzi-FOTO

07-03-2023

RYTN-in Təlim-Tədris Mərkəzi beynəlxalq sertifikat verəcək

17-01-2017

E-imza ilə bağlı növbəti seminar keçirilib

06-05-2017

Bölgələrdə yaşayan uşaqlar üçün onlayn təlim keçirilib

12-11-2016

Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi

15-04-2019

Gəncədə məktəbə yeni internet və telefon xətti çəkilib

10-11-2017

Nazirlikdən qrant müsabiqəsinin qalibləri üçün yenilik

03-10-2017

Portalın Android versiyasına yeni xidmətlər əlavə edildi

22-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə