Previous Next
Bağla

FHN-in Kibertəhlükəsizlik əməliyyatları mərkəzi və Rabitə mərkəzinin açılışı olub

04-04-2024 19:07
FHN-in Kibertəhlükəsizlik əməliyyatları mərkəzi və Rabitə mərkəzinin açılışı olub

Aprelin 4-də fövqəladə hallar naziri general-polkonvik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin (FHN) Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzi və Rabitə mərkəzinin açılışında iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Xeberler.az -a verilən məlumata görə, açılış tədbirində baş idarənin rəisi Elçin İbrahimov hər iki mərkəz haqqında geniş məlumat verib. O, bildirib ki, ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş Kibertəhlükəsizlik əməliyyatları və Rabitə mərkəzləri qabaqcıl təcrübələrə əsaslanmaqla qurulub.

Kibertəhlükəsizlik əməliyyatları mərkəzində FHN-in informasiya texnologiyaları infrastrukturunda olan bütün informasiya texnologiyaları avadanlıqlarının təhlükəsizliyi təmin olunacaq. Mərkəz daxilində həmin prosesin icrası iki mexanizmdə paralel şəkildə həyata keçiriləcək. Hücum mexanizmində təcrübəli mütəxəssislər tərəfindən informasiya texnologiyaları infrastrukturuna hücum simulyasiyaları təşkil olunur və bunun nəticəsində sızma və ya müdaxilə cəhdləri uğurlu olarsa, bu barədə müvafiq hesabatlar tərtib edilərək aşkarlanmış təhlükəsizlik boşluqları haqqında qabaqlayıcı tədbirlər görülməsi üçün müvafiq şöbələr təlimatlandırılır.

Müdafiə mexanizmində isə xarici və daxili şəbəkə sorğuları, həmçinin informasiya texnologiyaları infrastrukturundakı hər bir texnoloji proses vahid mərkəzdən monitorinq olunur. Bu zaman hər bir insident xəbərdarlığı əsasında yaranan təhlükənin qarşısı operativ şəkildə alınır və başvermə səbəbi araşdırılaraq müvafiq qabaqlayıcı silsilə tədbirlər təşkil edilir.

Rabitə mərkəzində monitorinq sistemləri vasitəsilə telekommunikasiya şəbəkəsi, nazirliyin struktur bölmələrində, həmçinin yerli telekommunikasiya qovşaqlarında quraşdırılmış şəbəkə və rabitə avadanlıqları real vaxt rejimində monitorinq olunacaq. Monitorinq sistemlərinin köməyi ilə avadanlıqlarda yaranmış problemlər haqqında real vaxt rejimində xəbərdarlıq və operativ müdaxilə mexanizmi tətbiq ediləcək.

Rabitə mərkəzində ən müasir texnoloji təchizata malik rabitə avadanlıqlarının təmiri laboratoriyası da fəaliyyət göstərəcək. Burada qabaqcıl təcrübəyə yiyələnmiş mütəxəssislər tərəfindən nasaz rabitə vasitələrinin diaqnostikası və təmir işləri aparılacaq. Həmçinin Rabitə mərkəzində nazirliyin daxili telefon şəbəkəsi, Elektron Avtomat Telefon Stansiyası (EATS) və telekommunikasiya şəbəkələri avadanlıqlarına nəzarət və xidmət göstəriləcək.

Nazir Kəmaləddin Heydərov Kibertəhlükəsizlik əməliyyatları mərkəzi və Rabitə mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirib və bunu Prezident İlham Əliyevin FHN-in maddi-texniki təchizatının daim yüksək səviyyədə saxlanılmasına göstərdiyi diqqət və qayğının növbəti nümunəsi adlandırıb

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

Taleh Kazımov: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Mərkəzi Bank arasında memorandum imzalanacaq

26-10-2023

İsrailli mütəxəssis: "Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək”

05-04-2023

Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr mövzusunda seminar keçirilib

22-11-2018

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

22-12-2023

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

31-01-2024

Orduda informasiya təhlükəsizliyi müzakirə edilib

17-08-2023

İcra Hakimiyyətində kompüterlərin zərərvericilərə yoluxma halı aşkarlanıb

16-05-2024

Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

27-09-2012

Gömrük Akademiyasında “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası qurulub

14-07-2023

Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib

05-03-2020

Əməkdaşlıq memorandumu imzalanıb

22-12-2023

İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

04-03-2025

Mərkəzi Bank: Ölkədə nağdsız ödənişlərin təhlükəsizliyilə bağlı ciddi problem yoxdur

14-06-2023

Azərbaycanda kibergigiyena üzrə əməkdaşlıq platforması yaradılır

14-09-2021

CIDC-2025 tədbirinin rəsmiləri kibertəhlükəsizlik sərgisi ilə tanış olublar

11-10-2025

Dövlət qurumları üçün yaradılmış poçt xidmətlərinin 2 milyondan çoxu zərərli tərkibli olub

20-02-2025

Kritik informasiya infrastrukturuna kiberhücumun qarşısı alınıb

19-12-2025

“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

10-10-2025

Azərbaycan ordusunu peykdən yönləndirəcək mərkəz açılıb

02-11-2018

XRİTDX beynəlxalq konfransda iştirak edib

30-10-2024

Prezident Cəlilabad Telekommunikasiya Qovşağında olub

04-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə