Previous Next
Bağla

Pirallahı Sənaye Parkı yaradılır-Sərəncam

14-09-2016 18:21
 Pirallahı Sənaye Parkı yaradılır-Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Pirallahı Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. 

Xeberler.az-ın məlumatına görə,  məlumatına görə, qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması, o cümlədən əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədilə imzalanıb. 

Sərəncama əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində Pirallahı Sənaye Parkı yaradılır.

2. Müəyyən edilsin ki, Pirallahı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye, o cümlədən əczaçılıq sənayesi üzrə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi, habelə emal müəssisələrinin yaradılması üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

3. Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirləri “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) həyata keçirir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Pirallahı Sənaye Parkının fəaliyyəti üçün Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində 30 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Cəmiyyətin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

5.1. Pirallahı Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün;

5.2. Cəmiyyətə Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkilində, idarə olunmasında və inkişafında kömək etsin, habelə istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin;

5.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

6. Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılsın.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 6-cı hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Masallı Sənaye Məhəlləsi yaradılır-Sərəncam

14-06-2016

Mingəçevirdə Texno Park və Sənaye Parkı yaradılır

27-02-2015

Azərbaycan Texnoparklarının uğurları davam edir

14-08-2019

AMEA Yüksək Texnologiyalar Parkı yaradılıb

08-11-2016

Azərbaycanda radioyayım şəbəkəsinin genişləndirilməsinə 13,7 milyon manat ayrılıb

24-07-2023

Sənaye parklarında çalışan sahibkarlar üçün təlimlər keçiriləcək

26-08-2016

“Təmiz Şəhər” rəsmi internet səhifəsini istifadəyə verib

05-03-2013

İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” yaradılıb

06-01-2021

Naxçıvanda Sənaye Parkı yaradılacaq

05-06-2023

Pirallahı YTP-nın qonşuluğunda daha bir park yaradılır

15-09-2016

İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

03-02-2013

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07-03-2014

Prezident İlham Əliyev sərəcam verdi

16-03-2012

İqtisadi Zonaların İnkişafı Agentliyində yeni təyinatlar

16-06-2022

Bütün lisenziyalar ASAN xidmət-də veriləcək - Yenilənib

19-10-2015

“Adviad” Pirallahı Yüksək Texnologiyalar Parkının yeni rezidenti olub

05-06-2023

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013

Prezident Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı Sərəncam imzalayıb

19-04-2012

Azərbaycanda sənaye istehsalı 2 faiz azalıb

12-07-2023

Azərbaycanda sənaye istehsalı 40 mlrd. manata yaxınlaşıb

15-08-2023

Pirallahı YTP-da kompüter avadanlıqları istehsalı üçün şərait yaradılacaq

11-06-2015

Azərbaycanda vahid dövlət-biznes elektron reyestri yaradılır

15-05-2019

Prezident innovativ inkişaf haqqında Sərəncam imzalayıb

10-01-2019

Texnologiyalar parkları ilə bağlı yeni təkliflər hazırlanacaq

17-06-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə