Previous Next
Bağla

Masallı Sənaye Məhəlləsi yaradılır-Sərəncam

14-06-2016 11:26
Masallı Sənaye Məhəlləsi yaradılır-Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb. 

Xeberler.az məlumat verir ki,  sənəd kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə qərara alınıb. 

Sərəncamla Masallı rayonunda Masallı Sənaye Məhəlləsi yaradılır.

Müəyyən edilib ki, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə Masallı Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır, Masallı Sənaye Məhəlləsinin idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir.

Nazirlər Kabinetinə Masallı Sənaye Məhəlləsinin fəaliyyəti üçün Masallı rayonu ərazisində 10 hektar torpaq sahəsinin ayrılması və icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində zəruri tədbirlər görməsi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.

İqtisadiyyat Nazirliyi Masallı Sənaye Məhəlləsinin xarici və daxili infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Pirallahı Sənaye Parkı yaradılır-Sərəncam

14-09-2016

Masallı Sənaye Məhəlləsində yeni iş yerləri yaradılır

14-06-2016

Sənaye parklarında çalışan sahibkarlar üçün təlimlər keçiriləcək

26-08-2016

Mingəçevirdə Texno Park və Sənaye Parkı yaradılır

27-02-2015

Masallı Sənaye Məhəlləsinin faydası nə olacaq?

15-06-2016

Naxçıvanda Sənaye Parkı yaradılacaq

05-06-2023

Azərbaycanda sənaye istehsalı 40 mlrd. manata yaxınlaşıb

15-08-2023

Azərbaycan və Özbəkistan birgə minik avtomobilləri istehsalı kompleksi yaradır

30-10-2023

Prezident elektromobillərdən istifadənin təşviqi ilə bağlı Sərəncam verib

07-03-2024

İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” yaradılıb

06-01-2021

AMEA Yüksək Texnologiyalar Parkı yaradılıb

08-11-2016

Prezident sərəncam imzalayıb

20-09-2018

Azərbaycanda sənaye istehsalı 2 faiz azalıb

12-07-2023

İqtisadi Zonaların İnkişafı Agentliyində yeni təyinatlar

16-06-2022

Azərbaycan son 20 ildə sənaye istehsalını 22 dəfə artırıb

20-10-2023

Azərbaycan Texnoparklarının uğurları davam edir

14-08-2019

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılıb

20-04-2016

Bütün lisenziyalar ASAN xidmət-də veriləcək - Yenilənib

19-10-2015

Prezident İlham Əliyev sərəcam verdi

16-03-2012

Azərbaycanda radioyayım şəbəkəsinin genişləndirilməsinə 13,7 milyon manat ayrılıb

24-07-2023

İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

03-02-2013

Azərbaycanda telekommunikasiya peyklərinin orbitə çıxarılmasına dair sərəncam imzalanıb

05-11-2008

Maşın və avadanlıq istehsalı və metallurgiya sənayesi üzrə iclas olub

17-04-2015

Azərbaycanda Ailə Biznesinə Asan Dəstək mərkəzləri yaradılır -Fərman

23-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə