Azərbaycan pezidenti İlham Əliyev CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xeberler.az-ın məlumatına görə, Q. Didrix təmsil etdiyi şirkətin ölkəmizlə uğurlu əməkdaşlıq həyata keçirdiyini və Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə səmərəli əməkdaşlıq etdiyini deyib.
Prezident İlham Əliyevlə əvvəlki görüşlərini məmnunluqla xatırlayan qonaq həmin görüşlərdən sonra çox yaxşı nəticələrin əldə olunduğunu bildirib. Azərbaycanla bağlı bir sıra mühüm layihələr üzərində işlədiklərini deyən Q. Didrix CISCO şirkətinin ölkəmizlə əməkdaşlığa böyük önəm verdiyini və Azərbaycanda işlərin qısa zaman ərzində səmərəli şəkildə icrası üçün hər cür imkanların olduğunu vurğulayıb.
Prezident İlham Əliyev CISCO şirkəti ilə Azərbaycanın uğurlu əməkdaşlıq etdiyini bildirib. Dövlət başçısı, öz növbəsində, şirkətin rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb və həmin görüşlərdən keçən dövr ərzində əlaqələrimizin inkişafı üçün yaxşı əsasların yarandığını qeyd edib, bu əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.
İnformasiya texnologiyaları sahəsinin Azərbaycan üçün prioritet sahələrdən biri olduğunu deyən prezident İlham Əliyev ölkəmizdə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işlərin Azərbaycan iqtisadiyyatının sürətli inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri