Previous Next
Bağla

İlham Əliyev CISCO şirkətinin baş vitse-prezidentini qəbul edib

28-11-2016 13:58
İlham Əliyev CISCO şirkətinin baş vitse-prezidentini qəbul edib

Prezident İlham Əliyev CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanseri qəbul edib.

Xeberler.az məlumat verir ki, CISCO şirkətinin prezidenti Con Çembers ilə Bakıda və Davosda keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlətimizin başçısı bu şirkətin ölkəmizdə fəal işləməsinin önəmini vurğulayıbvə Azərbaycanda həyata keçirdikləri fəaliyyəti yüksək qiymətləndirib.

Dövlətimizin başçısı ölkəmizin inkişaf etdiyini, Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini qeyd edərək, CISCO şirkəti ilə reallaşdırılan uzunmüddətli əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sektorunun ölkə iqtisadiyyatının həmişə prioritet sahələrindən biri olduğunu diqqətə çatdıraraq, bu sahədə yaxşı nəticələr əldə edildiyini dedi və bildirib ki, məqsədimiz bu sektorda regionda qabaqcıl yer tutmaqdır.

Maykl Qanser XXII “Bakutel” sərgisində iştirak etmək üçün ölkəmizə səfərə gəldiyini bildirərək, təmsil etdiyi şirkətin Azərbaycan nümayəndəliyinin fəaliyyət göstərdiyini məmnunluqla qeyd edib. CISCO şirkətinin baş vitse-prezidenti tərəfdaşlıq əlaqələrinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

O, Bakıda keçirilmiş birinci Avropa Oyunları və Formula-1  yarışları, eləcə də ölkəmizin müvafiq qurumları ilə bəzi nüfuzlu layihələrdə uğurla iştirak etdiklərini, o cümlədən Qafqaz regionunda ilk Tier-III səviyyəli data mərkəzin Azərbaycanda tikintisi ilə bağlı avadanlıq, proqram təminatı, texniki həll yolları məsələlərinin CISCO şirkətinə də həvalə olunmasını məmnunluqla qeyd edib.

CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanser iqtisadiyyatların, sənaye sahələrinin rəqəmsal sistemə keçdiyini vurğulayaraq, bu baxımdan ölkəmizin həmin sahədə əldə etdiyi nəticələrin onda dərin təəssürat yaratdığını deyib.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Prezident: “İT prioritet sahələrdən biridir”

30-11-2017

Prezident CISCO-nun vitse-prezidenti ilə görüşüb

23-01-2018

Prezident İlham Əliyevlə CISCO şirkətinin rəhbərləri arasında videokonfrans keçirilib

15-05-2020

Prezident CISCO şirkətinin icraçı sədri ilə görüşüb

18-01-2017

Rəşad Nəbiyev CISCO-nun baş vitse-prezidenti ilə görüşüb

15-11-2024

Prezident BTİ-nin baş katibini qəbul edib

29-11-2016

İlham Əliyev Microsoft Corporation şirkətinin vitse-prezidenti ilə görüşüb

21-01-2016

Prezident: “Peykimiz əsas iqtisadi və infrastruktur ehtiyaclarını ödəyir”

13-02-2018

İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

19-02-2019

Prezident Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunu qəbul edib

19-04-2018

Yaponiya ilə Azərbaycan arasında İT sahəsində əməkdaşlıq müzakirə edilib

30-08-2016

İlham Əliyev Microsoft-un vitse-prezidenti ilə görüşüb

24-01-2018

İlham Əliyev Selçuk Bayraktarı qəbul edib

03-04-2023

Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev “Microsoft” Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə görüşüb

28-01-2012

Prezident IBM Global Market-in baş vitse-prezidentini qəbul edib

20-12-2017

Prezident IBM şirkətinin baş icraçı direktoru ilə görüşüb

24-01-2018

Prezident Rusiyanın rabitə və kütləvi informasiya nazirini qəbul edib

05-12-2017

SOCAR ABŞ şirkəti ilə əməkdaşlıq imkanlarını araşdırır

12-11-2024

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

03-08-2016

Prezident İlham Əliyev “TeliaSonera Eurasia” şirkətinin prezidenti ilə görüşüb

27-01-2011

Prezident İlham Əliyev "Leonardo" şirkətinin baş həmdirektoru ilə görüşüb

17-02-2024

Prezident Smart Africa-nın icraçı direktorunu qəbul edib

01-02-2018

“Nağdsız ödənişlər barədə orqanlar qarşısında vəzifələr qoyulub”

23-01-2018

İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktoru ilə görüşü olub

18-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə