Prezident: “Peykimiz əsas iqtisadi və infrastruktur ehtiyaclarını ödəyir”

13-02-2018 / 20:46

Əsas prioritetimiz bizə iqtisadiyyatımızı şaxələndirməyə və neft-qazdan asılılığı azaltmağa imkan yaradan qeyri-enerji sektorudur.

Xeberler.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Görüşdə AIRBUS Group International şirkətinin Avropa üzrə vitse-prezidenti Marko MİKLİS da iştirak edib.

Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olan MİKLİS ölkəmizlə aerokosmik sənayenin müxtəlif seqmentləri üzrə əlaqələr üçün yaxşı imanların olduğunu dedi və bu baxımdan Azərkosmos-la məhsuldar əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Azərsky-1 peykinin çox yüksək səviyyədə fəaliyyət göstərdiyini deyən qonaq Azərbaycanda Yer səthini müşahidə edən yüksək həssaslığa malik yeni peykin perspektivlərinin onlarda böyük maraq doğurduğunu və təmsil etdiyi şirkətin bu işə öz töhfəsini verməyə hazır olduğunu bildirdi.

Azərbaycanın AİRBUS şirkəti ilə uzun illər çox yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı İlham ƏLİYEV kosmik sənaye sahəsində də bu şirkətlə səmərəli əlaqələrin qurulmasından məmnunluğunu ifadə edib.

Azərbaycan peykinin müxtəlif sahələrin, o cümlədən kənd təsərrüfatı, meliorasiya və digər sahələrin inkişafına xidmət etdiyini deyən Prezident İlham Əliyev mövcud peykin əsas iqtisadi və infrastruktur ehtiyaclarını ödədiyini vurğuladı. Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir:

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə