Rusiyanın kosmik agentliyi “Proqress M-27M” kosmik yük gəmisinin orbitdən çıxaraq Sakit okean üzərində atmosferin sıx qatlarında yandığını bildirib.
Xəbərlər-in verdiyi məlumata görə, agentlik, həmçinin kosmik gəminin orbitə çıxarılması zamanı baş verən qəza ilə əlaqədar təhqiqatın nəticələrinin dövlət komissiyasının işi sona yetdikdən sonra mayın 13-dək təqdim olunacağını da qeyd edib.
Xatırladaq ki, “Soyuz” daşıyıcı-raketin köməyi ilə Baykonur kosmodromundan havaya qalxan “Proqress” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya bir sıra avadanlıq, ərzaq və zəruri yüklər çatdırmalı idi. Lakin kosmik gəmi havaya qalxan andan onunla əlaqə kəsilib.
Qəza ilə əlaqədar Beynəlxalq Kosmik Stansiyaya uçuş proqramı korrektə olunacaq. Orbitdəki ekspedisiyanın qayıdışı mayın 14-dən iyun ayına keçirilib. Stansiyaya yeni ekspedisiya iyulun 20-dən sonra göndəriləcək. Bundan qabaq isə iyunun sonu – iyulun əvvəlində Beynəlxalq Kosmik Stansiyaya növbəti “Proqress” yük gəmisi göndərilməlidir.(AZƏRTAC)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri