Dövlət İmtahan Mərkəzinin “Psixoloji xidmət” layihəsi çərçivəsində e-psixoloq.az elektron portalı fəaliyyətə başlayıb. Elektron səhifənin yaradılmasında əsas məqsəd:
- təhsilin və imtahan prosesinin psixoloji cəhətləri haqda əhalini maarifləndirmək;
- peşə seçimində abituriyentlərə kömək etmək;
- imtahan iştirakçılarına, valideynlərə, müəllim və pedaqoji heyətə psixoloji dəstək göstərməkdir.
Xeberler.az bildirir ki, səhifədə artıq fərqli mövzularda məqalələr, maraqlı videoçarxlar və psixoloji testlər yerləşdirilib. Xüsusilə şəxsiyyət tipinizin müəyyən olunması üzrə MBTİ testini cavablandırmaqla siz öz güclü və zəif cəhətləriniz, fərdi öyrənmə yanaşmanız, öz şəxsiyyət tipiniz üzrə statistik məlumatlarla tanış ola bilə və öz həyati qərarlarınızı daha da dəqiqləşdirə bilərsiniz. Saytda, həmçinin “onlayn çat” vasitəsilə hər hansı bir sualla bağlı peşəkar psixoloqlara müraciət etmək imkanı var.
Bir müddət sonra səhifədə onlayn psixoloji xidmətin göstərilməsi planlaşdırılır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri