Previous Next
Bağla

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021 16:22
İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

On bir ildən artıq müddətdə təmənnasız olaraq uşaqlara psixoloji və sosial yardım göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” yay aylarında da fəaliyyətini davam etdirib.  “Azercell Telekom” MMC, UNİCEF Azərbaycan və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə təşəbbüsü sayəsində fəaliyyət göstərən xidmətin əməkdaşları uşaqların hüquqlarının təminatı, sağlamlığının qorunması, asudə vaxtının səmərəli təşkili və digər məsələlərlə bağlı müraciət edənlərə dəstək olublar.

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə iyul-avqust ayları ərzində 767 zəng daxil olub ki, bunların 454-ü  ilkin, 313-ü isə təkrar müraciətlərdir. Müraciət edənlərin əksəriyyəti təhsil (203 zəng) və hüquqi (197 müraciət) məsələlərə aid yardım istəyiblər.

115 nəfərin psixoloji problemlərlə bağlı köməyə ehtiyacı olub. Bundan əlavə, xidmət əməkdaşlarına səhiyyə (75 nəfər), sosial (73 nəfər) və digər (104 nəfər) sahələrə dair də suallar ünvanlanıb.

Son 2 ay ərzində qaynar xəttə daxil olan zənglər əsnasında 268 nəfər yaşının 18-dən az olduğunu bildirib. Onlardan 167-i zəng qızlar, 101-i oğlanlar tərəfindən daxil
olub. Amma ümumilikdə müraciət edənlərin əksəriyyəti (477 nəfər) böyüklər olub.

Qeyd edək ki, daxil olan zənglərin 22-si anonim olub. Qaynar xəttə daxil olan müraciətlərlə əlaqədar 11 ailə ilə görüş təşkil edilib, fərdi və qrup şəklində 33 sosial-psixoloji reabilitasiya işi aparılıb. Qaldırılan problemlərin həllinə nail olmaq üçün aidiyyətli orqanlara 56 məktub ünvanlanıb.

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə müraciət edənlər müxtəlif vasitələrdən
istifadə ediblər. Daha çox xidmətin mobil nömrəsinə zənglər daxil olub. İki ay ərzində AUQX ilə  əlaqə saxlayanların 424-ü mobil nömrəyə, 248-i  şəhər telefonuna zəng edib. Digərləri isə sosial platforma üzərindən müraciət ediblər.

Bu aylar ərzində AUQX əməkdaşları müxtəlif mövzulara həsr edilmiş beynəlxalq təlimlərdə iştirak ediblər, media orqanlarında müsahibələrlə çıxış ediblər. Eyni zamanda, xidmətin sosial şəbəkə hesablarında uşaqlara qarşı zorakılıq, insan alverinə qarşı mübarizə kimi mövzularda onlayn müzakirələr təşkil olunub. Uşaq və Ailələrə Dəstək Mərkəzində pedaqoq, psixoloq və sosial işçilərin, eləcə də ailələrin iştirakı ilə görüş keçirilib. Xidmət əməkdaşları uşaq tərbiyə müəssisəsində yaşayan yeniyetmələr üçün təlim-tədris kurslarında da iştirak ediblər. “Azərbaycan Qaynar Xətt Xidməti”nin fəaliyyəti sosial şəbəkələr üzərindən cəmiyyətə çatdırılıb.

Xatırladaq ki, 2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə “Uşaq Qaynar Xətt Xidməti”nin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi,  +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, Facebook və Instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021

“Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib

17-07-2021

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023

Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

01-08-2020

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

26-01-2022

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır

06-02-2025

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

09-12-2022

“Uşaq Qaynar Xətti”nə 3 ay ərzində 500-ə yaxın zəng daxil olub

31-10-2024

Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

12-09-2019

“Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub

03-02-2021

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

14-04-2020

Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

20-07-2017

“Uşaq Qaynar Xətti” son 1 ayda rekord sayda müraciət qəbul edib

07-05-2020

Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

23-04-2019

Azercell-in Qaynar Xətti ötən il 5 mindən çox uşağa dəstək olub

13-01-2023

Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

06-03-2017

Uşaq qaynar xətt xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir

30-10-2018

Qorxma, biz səninləyik!

05-10-2018

Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

24-01-2018

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

13-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə