Previous Next
Bağla

Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 3581 müraciət daxil olub

08-01-2019 16:32
Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 3581 müraciət daxil olub

2010-cu ildə “Azercell Telekom” MMC-nin dəstəyi ilə uşaqların müdafiəsi və hüquqlarının qorunması üçün yaradılan “Uşaq Qaynar Xətt” xidməti ötən ilin yekunları ilə bağlı hesabatını açıqlayıb. Qeyd edək ki, 2018-ci il ərzində quruma 3581 müraciət daxil olub. Onlardan 1909-u təhsil, 426-sı psixoloji, 235-i sosial, 497-si hüquqi, 177-si səhiyyə, 337-si isə digər sahələrdə yaranan sualları əhatə edib. Daxil olan müraciətlərin 1432-si şəhərdaxili, 1995-i mobil telefon, 54-ü isə mobil sms-lə qeydə alınıb.

Xeberler.az  bildirir ki, zənglər üzrə aparılan təhlillərdən çıxan nəticələrə əsasən uşaqlarda baş verən narahatlıqların, psixoloji problemlərin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır. Xüsusilə də uşaqların məktəb həyatının başladığı dövrlərdə onlarda izlənilən həyəcan, özünəqapanıqlıq, qorxu, aqressiya valideynlər tərəfindən böyük narahatlıq və təlaşla qarşılanır, uşaqlara qarşı məhz bu səbəbdən kobud davranılır. Eyni zamanda müraciət edənlər arasında şəxsiyyətlərarası konfliktlərdən əziyyət çəkən yeniyetmələr də üstünlük təşkil edir. Problemin səbəbi isə uşaqların valideyn və yaşıdları ilə münasibətdə yaşadıqları fikir ayrılıqları və buna qarşı özünümüdafiə mexanizmi kimi istifadə etdikləri aqressiya görünür.

Qeyd edək ki, “Uşaq Qaynar Xətt” xidmətinin əsas iş prinsipi – məxfilikdir. “Uşaq Qaynar Xətti” xidmətinə daxil olan bütün məlumat məxfi saxlanılır. “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək, onun qarşılaşdığı çətinliklərin həllinə dair məsləhətlər vermək, ehtiyac olduğu zaman müraciətlərin digər müvafiq xidmətlərə yönləndirilməsini təmin etmək və təxirəsalınmaz kömək göstərməkdir.
Təklif edilən xidmət dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, fiziki və əqli imkanları məhdud olan, habelə sosial çətinliklər yaşayan ailələrdən olan, hüquqları pozulmuş, qanunla münaqişədə olan, xüsusi qayğıya və müdafiəyə ehtiyacı olan hər bir uşağın probleminin həll edilməsi üçün nəzərdə tutulub. Onu da qeyd edək ki, fəaliyyət göstərdiyi 8 il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 36 289 müraciət daxil olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

24-01-2018

Qorxma, biz səninləyik!

05-10-2018

Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

07-11-2016

Uşaq qaynar xətt xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir

30-10-2018

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

13-05-2016

Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

06-03-2017

Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

20-07-2017

Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

12-09-2019

Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

23-04-2019

Qaynar Xətt Göygöldə fəaliyyətə başladı

13-06-2018

Azercell uşaqların qayğısına qalacaq

17-11-2015

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

14-04-2020

Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

01-08-2020

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021

Azercell uşaqlara dəstək verməyə davam edir

13-06-2019

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır

06-02-2025

Bakı və bölgələrdə maarifləndirmə tədbirləri davam edir

23-11-2018

“Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub

03-02-2021

“Uşaq Qaynar Xətti” xidmətində yenilik

28-11-2016

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə