Previous Next
Bağla

Qorxma, biz səninləyik!

05-10-2018 16:12
Qorxma, biz səninləyik!

2568 uşaq problemlərinin həlli üçün Azercell-in “Uşaq Qaynar Xətt Xidməti”nə müraciət edib.

Xeberler.az  məlumat verir ki, “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. Ailədə zorakılığa məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasında, sosial mühitə uyğunlaşmalarına yardım etmək məqsədi daşıyan Uşaq Qaynar Xəttinə 2018-ci ilin yanvar-sentyabr aylarında 2568 müraciət daxil olub. Daxil olan zənglərin 27-si psixoloji, 45-i hüquqi, 240-ı təhsil (49 Dövlət İmtahan Mərkəzi, 166 Təhsil Nazirliyi, 25 bağça), 17-si səhiyyə, 14-ü sosial, 31-i isə digər sahələrə aid edilib. Məktəbdə müəllimləri, evdə valideyləri tərəfindən zorakılıqla üzləşən uşaqlar Uşaq və Gənclərin sosial reabilitasiya mərkəzinə psixoloji reabilitasiya keçmək üçün yönləndirilib.

Eyni zamanda psixoloji problemləri olan, valideynlərinin ayrılığını çətin yaşayan yeniyetmələrə kömək üçün Uşaq Hüquqları klinikasına müraciət edilib. Hüquqi və sosial çətinliklər yaşayan uşaqların probleminin həlli istiqamətində rayon İcra Hakimiyyətləri ilə görüşlər təşkil edilib.

Digər tərəfdən daxil olan zənglər üzrə aparılan təhlillərdən bəlli olub ki, uşaqlarda baş verən narahatlıqların, psixoloji problemlərin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır. Eyni zamanda müraciət edənlər arasında şəxsiyyətlərarası konfliktlərdən əziyyət çəkənlər də çoxluq təşkil edir. Xidmət göstərdiyi 8 il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 32 000-dən artıq zəng daxil olub.

Nəzərinizə çatdıraq ki, Qaynar xətt hazırda saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir, bura həm şəhərdaxili, həm də Azercell nömrələrinə (012 480 22 80; 050/051 680 22 80) zənglə, habelə e-poçt xidməti ([email protected]) və internet saytı (www.childhelpline.az) vasitəsilə müraciət etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Uşaq qaynar xətt xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir

Uşaq qaynar xətt xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir

30-10-2018
Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

23-04-2019
Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

24-01-2018
Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 3581 müraciət daxil olub

Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 3581 müraciət daxil olub

08-01-2019
Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

07-11-2016
Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

13-05-2016
Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

12-09-2019
Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

20-07-2017
Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

06-03-2017
Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023
“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021
“Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib

“Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib

17-07-2021
Bakı və bölgələrdə maarifləndirmə tədbirləri davam edir

Bakı və bölgələrdə maarifləndirmə tədbirləri davam edir

23-11-2018
Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020
Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

01-08-2020
Qaynar Xətt Göygöldə fəaliyyətə başladı

Qaynar Xətt Göygöldə fəaliyyətə başladı

13-06-2018
Azercell uşaqlara dəstək verməyə davam edir

Azercell uşaqlara dəstək verməyə davam edir

13-06-2019
Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

14-04-2020
İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021
“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025
“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır

06-02-2025
“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025
“Uşaq Qaynar Xətti” son 1 ayda rekord sayda müraciət qəbul edib

“Uşaq Qaynar Xətti” son 1 ayda rekord sayda müraciət qəbul edib

07-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə