Previous Next
Bağla

Valideynlərin işi asanlaşdı: “ASAN məktəb” bölməsi açıldı

13-03-2015 11:40
Valideynlərin işi asanlaşdı: “ASAN məktəb” bölməsi açıldı

Ötən gün Bərdədə istifadəyə verilən regional “ASAN xidmət” mərkəzində “ASAN məktəb” bölməsi fəaliyyətə başlayıb.Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin iştirak etdiyi açılış mərasimində dövlət başçısına Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “ASAN məktəb” layihəsi barədə məlumat verilib.

“ASAN xidmət” mərkəzinin tərkibində yaradılan “ASAN məktəb” Bərdə rayonunun ümumi təhsil məktəblərinə I sinif şagirdlərinin qəbulunu təşkil edəcək və bu prosesdə vaxt itkisini aradan qaldıracaq, şəffaflığı artıracaq.

“ASAN məktəb” bölməsinə müraciət edən valideynlər Bərdə rayonunun ümumi təhsil məktəbləri ilə interaktiv lövhədə tanış olur və seçdiyi məktəbdə I sinifə qəbulla bağlı vəziyyəti öyrənir. Uşaqların məktəbə hazırlığı və psixoloji durumunun yoxlanılması da “ASAN məktəb”də yerindəcə həyata keçiriləcək. Komissiyadan keçdikdən sonra uşağın məktəbə qəbul olunması ilə bağlı bildiriş həm valideynə, həm də yerli təhsil şöbəsinə təqdim olunacaq.

“ASAN məktəb” layihəsi çərçivəsində digər xidmət ümumi təhsil məktəblərində pedaqoji və texniki sahədə çalışanlara iş yeri haqqında elektron arayışın verilməsidir. Bu xidmət hazırda ölkənin dövlət və özəl ümumi təhsil məktəblərində çalışan 225 minədək əməkdaşı əhatə edir. Əməkdaş çalışdığı təhsil müəssisəsinə getmədən “ASAN” xidmət mərkəzlərinə müraciət etməklə, yaxud “Elektron Hökumət” portalında qeydiyyatdan keçməklə, öz iş yeri haqqında elektron arayış əldə edir və həmin arayışı elektron poçt vasitəsilə tələb olunan yerə göndərir.

“ASAN məktəb” layihəsi çərçivəsində növbəti xidmət ümumi təhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayışın verilməsidir. Dövlət və özəl ümumi təhsil məktəblərində oxuyan 1 milyon 325 mindən artıq şagirdi və onların valideynlərini əhatə edən bu xidmət valideynə təhsil müəssisəsinə getmədən “ASAN” xidmət mərkəzlərinə müraciət etməklə, yaxud “Elektron Hökumət” portalında qeydiyyatdan keçməklə övladının oxuduğu məktəb, sinfi, tədris dili və öyrəndiyi xarici dil haqqında elektron arayış əldə etmək və həmin arayışı elektron poçt vasitəsilə tələb olunan yerə göndərmək imkanı verir.

Mərkəzdə yaradılmış “ASAN kadr” karyera mərkəzi “ASAN məktəb” könüllülük proqramını bitirmiş gənclərə iş tapmaq üçün xüsusi imkanlar verir. Bunun üçün hazırlanmış www.asankadr.az portalı işaxtaranların məşğulluğuna və işəgötürənlərin müvafiq kadrlarla təmin olunmasına şərait yaradır.

Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İki “Elektron Arayış” xidməti portala inteqrasiya edildi

11-03-2015

“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

04-07-2025

Naxçıvan “ASAN xidmət”də təhsil xidmətlərinin göstərilməsinə başlanılıb

21-01-2025

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

15-09-2025

“ASAN peşə” layihəsinə başlanır

10-08-2016

“ASAN peşə” layihəsi üzrə qeydiyyat davam edir

24-08-2016

Bərdə ASAN xidmət mərkəzi daha iki rayonun sakinlərinə xidmət göstərəcək

16-02-2016

ASAN xidmət mərkəzləri 1 gün işləməyəcək

07-11-2017

ASAN xidmət mərkəzləri 3 gün işləməyəcək

30-08-2017

ASAN xidmət mərkəzləri 1 gün işləməyəcək

24-09-2016

Azərbaycanda ali məktəb məzunlarının elektron bazası yaradılıb

08-05-2012

Sabah ASAN xidmət mərkəzləri işləməyəcək

19-01-2017

Valideynlər üçün məmnuniyyət sorğusu keçirilir

19-12-2025

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

06-02-2025

İndiyədək məktəbəhazırlıq qruplarına 24 072 uşaq qeydiyyatdan keçib

21-08-2024

Bakıda 20 məktəbə kameralar quraşdırılacaq

14-02-2009

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı sorğuların qəbuluna başlanacaq

15-10-2019

"Elektron məktəb" pilot layihəsi Azərbaycanın daha 30 orta məktəbində gerçəkləşdiriləcək

26-01-2011

“E-Məktəb” sistemi 10 məktəbdə tam istifadəyə verildi

01-06-2010

Portala ən çox hansı məsələ ilə bağlı müraciət edilib?

10-02-2016

ASAN xidmət mərkəzləri 4 gün işləməyəcək

27-12-2017

Bakcell “ASAN Məktub” layihəsinə qatılıb

29-12-2017

ASAN xidmət mərkəzləri sabah işləməyəcək

08-11-2016

“Elektron məktəb” layihəsinə 1000 məktəb qoşulacaq

04-04-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə