Azercell Novruz Bayramı ərəfəsində abunəçilərinə təqdim etdiyi "Azercell-ə gəl, hər ay pulsuz 5 saat qazan" kampaniyasının müddətini uzatdı. İndi abunəçilər bu kampaniyadan aprelin 30-a qədər yararlana biləcəklər.
Azercell yeni fakturasız xətt nömrələri və nömrə daşınması xidməti çərçivəsində nömrələrini Azercell fakturasız xətt sisteminə daşıyan abunəçiləri üçün 2015-ci il 3 mart tarixindən etibarən yeni kampaniyaya start verib. Kampaniyanın şərtlərinə görə,SimSim nömrəsi aktivləşdirən hər kəs ayda ən azı 5 AZN yükləməklə, 6 ay boyunca hər ay pulsuz 5 saat şəbəkədaxili danışıq imkanı əldə edəcək. İstifadə müddəti 7 gün olan hədiyyə saatları şəbəkədaxili zənglər üçün nəzərdə tutulub.
Abunəçi nömrədə mövcud "Bizimkilər" tarif paketini dəyişdiyi halda, kampaniyada iştirakı dayandırılır.
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət