“Qadınlar intellekt səviyyəsinə görə kişiləri geridə qoyur”

08-06-2015 / 11:40

Yeni Zelandiya alimlərinin fikrincə, son yüzillikdə qadınlar əqli inkişafda kişiləri üstələməyə başlayıblar.

Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, bu proses vətəndaş cəmiyyətinin inkişafı, qadınların hüquq və azadlıqlarının artması, ailə və işin bir araya sığışdırılması imkanlarının çoxalması  ilə sıx bağlıdır.

 Tədqiqatın nəticələri sübut ki, son əsrdə qadınlar arasında “IQ” intellekt əmsalı səviyyəsi kişilərdə analoji göstəricini xeyli üstələməyə başlayıb. Əvvəllər qadınların bu göstərici üzrə kişilərdən geri qalması müşahidə olunurdusa, son vaxtlar zəif cins bu istiqamətdə irəliləyiş edərək kişiləri geridə qoymağa nail olub.  

 Bununla yanaşı, alimlər qeyd edir ki, müşahidə olunan tendensiya kifayət qədər stabildir və yaxın illərdə fərq daha da arta bilər.

 Qadınların intellekt mübarizəsində liderliyinin səbəbini alimlər müasir qadınların demokratik cəmiyyətlərdə bütün hüquqlara malik olmaları və ictimai, iqtisadi və siyasi həyata tam cəlb olunmaları ilə izah edirlər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə