Previous Next
Bağla

İKT-nin bütün vətəndaşlara əlçatan olması üçün ardıcıl tədbirlər keçirilir

24-07-2025 14:41
İKT-nin bütün vətəndaşlara əlçatan olması üçün ardıcıl tədbirlər keçirilir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin son illər həyata keçirdiyi müxtəlif təqaüd proqramlarından və layihələrdən 4 mindən çox qadın yararlanıb. Son 4 ilin məlumatları göstərir ki, informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində təhsil alan qadınların sayı da artmaqdadır.

Xeberler.az məlumat verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İKT-də qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal sahibkarlıq” mövzusunda keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində bildirib.

"Kompüter sistemləri, informasiya texnologiyaları və təhlükəsizliyi sahələrində ali təhsil müəssisələrinə qəbul olan qadınlarım sayı dəfələrlə artıb. İnformasiya təhlükəsizliyi sahəsi ilə bağlı statistik göstəricilər xüsusilə yüksəlib. Qadınlar kibertəhlükəsizlik sahəsinə kifayət qədər maraq göstərirlər",- deyə o qeyd edib.

Nazir müavini diqqətə çatdırıb ki, İKT sahəsi, rəqəmsallaşma texnoloji tərəqqinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, dövlət siyasətində də prioritet mövqe tutur. “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq, bu sahənin bütün vətəndaşlar, o cümlədən qadınlar üçün əlçatan olmasını təmin etmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçiririk”, - deyə S. Məmmədov vurğulayıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rəqəmsal Sahibkarlıq” müsabiqəsi başa çatıb

24-07-2025

Qadınlar dünyada elm və texnologiya sahəsində çalışanların 28 faizini təşkil edir

24-07-2025

Yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı keçirilir

17-09-2024

Rabitə sahəsində 6 minə yaxın qadın çalışır

09-03-2013

“Rəqəmsal Sahibkarlıq” müsabiqəsinə qeydiyyat başlayıb

16-05-2025

Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası yaradılıb

26-10-2017

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026

Qadınlar İKT bacarıqlarını artırır

07-07-2023

Nazir müavini Gürcüstanda keçirilən Beynəlxalq Rəqəmsal Bağlantı Sammitində iştirak edib

14-09-2022

Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi mövzusunda dəyirmi masa keçirilib

24-01-2019

Nazir müavini: Rəqəmsal transformasiya milli prioritetdir

01-09-2025

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025

İnternetdən təhlükəsiz istifadə adlı tədbir keçirilib

04-06-2018

“Mobil təhlükəsizlik imkanları ilə uşaqları kibertəhlükədən qorumaq olar”

30-09-2015

Əməkdaşlıq memorandumu imzalanıb

22-12-2023

“Azərbaycanın Rəqəmsal Qızları: İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans keçirilib

23-04-2015

Azərbaycan-Türkiyə İKT Biznes Forumu keçirilir

11-02-2026

Media nümayəndələrinə kibertəhlükəsizliklə bağlı təlim keçirilib

11-06-2024

“Qadınlar və texnoloji inkişaf” mövzusunda onlayn vebinar keçiriləcək

21-04-2021

Qadınlar üçün ödənişsiz “İT əsasları” təlimləri keçiriləcək

07-01-2022

Azərbaycan gələn il BTİ-nin Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edəcək

06-06-2024

Sahibkarların maliyyə vəsaitlərinə çıxışı üçün online platforma yaradılır

21-01-2019

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

22-12-2023

Akademik: Əsas məqsəd dövlətin və cəmiyyətin kiberimmunitetini gücləndirməkdir

03-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə