Previous Next
Bağla

İnformasiya Texnologiyaları İnstitutunda Qadınlar Şurası yaradıldı

23-05-2018 14:19
İnformasiya Texnologiyaları İnstitutunda Qadınlar Şurası yaradıldı

Mayın 22-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Qadınlar Şurasının təsis toplantısı keçirilib.

Bu barədə Xeberler.az-a AMEA-dan məlumat verilib.

Tədbiri giriş sözü ilə açan akademik Rasim Əliquliyev cari ilin aprel ayında AMEA-da Qadınlar Şurasının təsis edildiyini diqqətə çatdıraraq institutda da belə bir şuranın yaradılmasının zəruri olduğunu vurğulayıb.

“Qadınların hüquqlarının qorunması və onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakı dövlət başçısının da daim diqqət mərkəzində saxladığı məsələlərdəndir”, – deyə bildirən alim ölkədə bu istiqamətdə görülən tədbirlərin gender problemlərinin həllinə böyük töhvə verdiyini qeyd edib.

Qadınların vətəndaş cəmiyyəti quruculuğu və elmin inkişafında müstəsna xidmətləri olduğunu vurğulayıb.

R.Əliquliyev rəhbərlik etdiyi elmi müəssisədə çalışan əməkdaşlar arasında qadınların sayca üstünlük təşkil etdiyini, onların müasir dövrün çağırışlarına cavab verən prioritet elmi istiqamətlərdə tədqiqatlar apardıqlarını bildirib.

Alim AMEA rəhbərliyinin Qadınlar Şurasının yaradılmasına xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, şuranın fəaliyyətinin səmərəli təşkili üçün hər zaman dəstək göstərməyə hazır olduğunu deyib. Qadınları institutun qarşısında duran vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyə çağırıb.

İclasda institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın institutun Qadınlar Şurasının sədrliyinə, institutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Rəna Qasımovanın şuranın sədr müavinliyinə namizədliyi səsə qoyuldu və yekdilliklə qəbul olundu.

Sonra səsvermə yolu ilə şuranın üzvləri seçilib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib

20-04-2012

“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

11-10-2016

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

15-02-2020

İnstitutda mobilliyi və çevikliyi təmin edən maddi-texniki baza formalaşdırılmalıdır

08-06-2020

İnformasiya Texnologiyaları İnstitutunun təhsil şöbəsinin fəaliyyət planı müzakirə olunub

23-01-2019

Ədəbiyyat İnstitutunun saytı yenilənib

18-05-2017

“Elektron elm” layihəsinin reallaşdırılması üçün tədbirlər görülür

19-02-2009

Şəbəkə texnologiyaları ilə bağlı yeni kitab

23-01-2018

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

Əlyazmalar İnstitutunda 2296 nüsxənin elektron versiyası yaradılıb

09-12-2024

FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

26-07-2022

“Təhsildə İKT-nin tətbiqi ilə bağlı kadrlar yetişdirilməlidir”

17-01-2017

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025

AMEA İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirildi

10-06-2015

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016

Tədqiqatçıların informatika üzrə hazırlığı kitabı çapdan çıxıb

30-03-2019

İnformasiya Texnologiyaları İnstitutunda “İnternetşünaslıq problemləri” elmi sektoru yaradılıb

17-07-2013

İnformasiya Texnologiyaları İnstitutunda yeni təyinat olub

28-01-2016

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

25-02-2016

“İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti” nəşr olunub

11-12-2015

Rəqəmsal dövlətin intellektuallaşdırılması problemləri tədqiq olunur

20-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə