““Nar”ın əsas hədəfi Azərbaycanın müştəriyönümlü mobil operatoru olmaqdır. Üstün xidmət müştərilər qarşısında əsas vədimiz və öhdəliyimizdir”. Bunu “Azerfon” MMC-nin Baş icraçı direktoru Qunnar Panke Trend İnformasiya Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, mobil operatorun məqsədi müştərilər üçün həm sərfəli, həm də keyfiyyətli xidmət təqdim etməkdir. Bunun üçün mobil operator xidmət və satış mərkəzlərini yeniləməklə tamamilə yeni müştəri xidməti təcrübəsi və abunəçilərin real ehtiyaclarını qarşılayan məhsullar təqdim edir.
Q.Panke qeyd edib ki, ardıcıl olaraq 2 il “Nar”ın müştəri məmnuniyyəti indeksi üzrə lider olması da təsdiqləyir ki, abunəçilər mobil operatorun təkliflərini qiymətləndirir və ona güvənirlər: “Müştəriyönümlülük konsepsiyası bizi bütün prioritetlərimizə doğru istiqamətləndirir, xüsusilə təkliflərimizi hazırlamaqda, müştərilərimiz ilə qarşılıqlı münasibət qurmaqda bizi müşayiət edir. Müştəri ehtiyaclarını ən yaxşı anlayan mobil operator kimi bazarda lider mövqeyimizi qorumağa çalışırıq”.
“Nar”ın bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarının sayını artırması nəticəsində 2021-ci ilin birinci rübü ərzində 4G istifadəçilərinin sayı 32% artıb. Q.Panke əlavə edib ki, işğaldan azad edilmiş əraziləri müasir və dayanıqlı şəbəkə ilə təmin etmək mobil operatorun prioritetlərindən biridir. Artıq Şuşa, Cəbrayıl, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənd keyfiyyətli və kəsintisiz mobil şəbəkə ilə əhatə olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri