Previous Next
Bağla

“Nar” Qarabağda şəbəkə əhatəsini genişləndirir

15-12-2023 07:33
“Nar” Qarabağda şəbəkə əhatəsini genişləndirir

 “Nar” Qarabağ iqtisadi zonasının bütün şəhərlərində şəbəkə xidmətlərinin genişləndirilməsini davam etdirir. Bu təşəbbüs “Nar”-ın regionlarda abunəçilərə kəsintisiz və sərfəli mobil xidmətlər təqdim etmək öhdəliyini nümayiş etdirir.

 Ümumilikdə, “Nar” Qarabağ iqtisadi zonasında 100-dən çox baza stansiyasını uğurla inşa edərək istismara verib. Bununla da, Şuşa, Xankəndi, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Füzuli, Tərtər və Ağdam abunəçiləri üçün etibarlı şəbəkə əhatəsindən faydalanmanı təmin edib. Həmçinin, “Nar” Laçın şəhərində satış və xidmət mağazasını təqdim edən ilk mobil operator olub.

 Geniş şəbəkə infrastrukturunun inkişafı çərçivəsində “Nar” 2023-cü ildə önəmli nailiyyətlər əldə edib. Mobil operator hazırda ölkə üzrə 98,5% ərazi, 99,71% əhali əhatəsi ilə artan abunəçi bazasına sərfəli və yüksək keyfiyyətli mobil xidmətlər təqdim etməyə davam edir.

 2024-cü ildə “Nar” öz şəbəkə infrastrukturunu daha da gücləndirmək planı çərçivəsində Qarabağ iqtisadi zonasının müxtəlif qəsəbə və kəndləri də daxil olmaqla, bütün ölkə ərazisində baza stansiyası inşasını davam etdirməyi və abunəçiləri üçün daha əhatəli və etibarlı mobil təcrübə təmin etməyi planlaşdırır.

 Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar” şəbəkəsi Xankəndi şəhərində

01-10-2023

“Nar” Laçın şəhərində ilk mağazasını açdı

25-11-2023

“Nar” metroda şəbəkəsini gücləndirir

02-10-2023

“Nar” 4G şəbəkəsi Naxçıvanda

09-02-2023

“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir

29-03-2023

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

02-04-2024

Nar-dan qiyməti cəmi 4 manat olan yeni tarif

28-04-2023

“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir

31-01-2024

“Nar” satış şəbəkəsinin təmsilçiləri ilə görüş keçirib

25-12-2023

“Nar” Şərurda yeni mağazasını təqdim etdi

20-12-2023

“Nar”-ın 4G şəbəkəsi Ağdam, Füzuli və Goranboyda!

29-06-2019

“Nar” sərfəli smartfon modellərini təqdim edir

10-10-2024

“Nar” “Bilik günü”ndə Füzuli və Tərtərdəki məktəblərə dəstək olub

15-09-2023

Nar” abunəçilərinin 98%-i müştəri xidmətlərindən məmnun qalıb

10-03-2023

“Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir

13-09-2023

Nar Cəlilabad Festivalında iştirak etdi

23-05-2023

4G Nar şəbəkəsi ölkə əhalisinin 91,5 faizinə xidmət edir

30-09-2019

“Nar” Ağdam və Füzuli məktəblərinə səfər edib 

15-09-2022

“Nar” regional satış şəbəkəsini genişləndirir – yeni mağaza Salyanda

03-10-2025

“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu

23-09-2023

"Nar" mağazalarını yeniləməyə davam edir

12-12-2022

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

14-03-2024

“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər

06-12-2023

Nar 4G şəbəkəsini genişləndirməkdə davam edir

20-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə