Previous Next
Bağla

Nar müştərilərin ehtiyaclarına cavab verən məhsullar təqdim edir

28-10-2019 16:18
Nar müştərilərin ehtiyaclarına cavab verən məhsullar təqdim edir

Xeberler.az bildirir ki, Nar” müştərilərin ehtiyac və gözləntilərini qarşılamaqla onların məmnuniyyətinin artmasına davamlı investisiya yatırır. Mobil operator hər zaman müxtəlif müştəri qruplarının konkret ehtiyaclarına cavab verən məhsullar təqdim etməkdədir”. Bunu “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke “Business Time” jurnalına geniş müsahibəsində deyib. Onun sözlərinə görə, “Nar”ın abunəçilərin seçiminə çevrilməsinin əsas səbəbi müştəri yönümlü məhsullardır: “Bizim xidmətlər hər bir müştərinin ehtiyacları əsasında, onları məmnun etmək məqsədilə hazırlanır. Müştərilərimizin bu və ya digər məhsul və xidmətlərimizə olan tələbatını öyrənməklə və araşdırmaqla, demək olar ki, hər bir müştəri qrupu üçün fərdi yanaşma tapa bilmişik. Onlara münasib həllər arasında seçim etməyə imkan veririk”. 

“Nar”ın müştəri məmnuniyyətinin artırılmasına davamlı investisiya qoyduğunu deyən Q.Panke əlavə edib ki, ilk növbədə, xərclərin tam şəffaflığını təmin etməklə rahat və istifadəsi asan məhsullar təqdim edilir: “İkincisi, rəqəmsallaşma bir çox müştərilər üçün vacibdir. Lakin biz ənənəvi, fiziki kanallar vasitəsilə xidmət olunmağı üstün tutan müştərilərin ehtiyaclarını da diqqətdən kənarda saxlamırıq. Üçüncü şüarımız isə məhsullarımızı qiymət baxımından münasib saxlamaq üçün xərcləri minimallaşdırmaqdır. Bizim üçün ölkənin ən çox müştəri yönümlü mobil operatoru olmaq budur”. Baş icraçı direktor əlavə edib ki, müştərilər mobil operatordan keyfiyyətli şəbəkə xidməti gözləyir və hazırda “Nar”ın təklif etdiyi geniş əhatəlilik və şəbəkə Qərb ölkələri səviyyəsindədir.

Mobil operatorun qarşıda duran strategiyası barədə də danışan Q.Panke qeyd edib ki, gələcəkdə diqqət yönəldiləcək sahələrdən biri müştərilər üçün təqdim olunan xidmət və həllərin daha da təkmilləşdirilməsidir. Bundan başqa, məmnun olan və doğru yerdə olduqlarına əmin olan müştəri bazası hesabına təbii artıma nail olmaqdır. Qeyd edək ki, Azerfon”un Baş icraçı direktoru Qunnar Pankenin “Business Time” jurnalına geniş müsahibəsini aşağıdakı keçid vasitəsilə oxumaq olar: http://fins.az/musahibe/1001411/nar-musterilerin-ehtiyaclarina-cavab-veren-mehsullar-teqdim-etmekdedir.html

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qunnar Panke: “Üstün xidmət müştərilər qarşısında əsas vədimiz və öhdəliyimizdir"

13-07-2021

Müştərinin tələblərinə uyğun təkliflərin hazırlanması Nar-ın əsas strategiyasıdır

20-12-2018

Nar abunəçilərinə operativ və keyfiyyətli xidmət göstərir

24-09-2019

“Nar”ın əsas prioriteti müştəriləri keyfiyyətli xidmətlə təmin etməkdir

24-02-2022

“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü

24-01-2024

“Nar” ardıcıl üçüncü il Müştəri Loyallığı İndeksində lider oldu

09-03-2022

Nar üçün prioritet hədəf müştərilərin məmnunluğudur

30-10-2018

“Nar” Laçın şəhərində ilk mağazasını açdı

25-11-2023

Nar ilin mobil operatoru seçilib

22-02-2018

“Nar” paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir

12-04-2021

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

02-04-2024

"Nar"ın rəhbərliyində dəyişiklik olub

30-09-2025

"Nar" mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

29-11-2021

“Nar” müştəri məmnuniyyəti üzrə göstəricilərini artırmağa davam edir

31-07-2023

“Nar” müştəri məmnuniyyəti üzrə göstəricilərini artırmağa davam edir

31-07-2023

“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib

08-05-2025

“Nar” 4G şəbəkəsi Naxçıvanda

09-02-2023

“Nar” “İlin mobil operatoru” adına layiq görülüb

18-12-2021

Nar” abunəçilərinin 98%-i müştəri xidmətlərindən məmnun qalıb

10-03-2023

“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir

31-01-2024

“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb

26-02-2020

“Nar”a yeni baş icraçı direktor təyin olunub

27-10-2025

Nar 4G istifadəçilərinin sayı yarım milyon oldu

28-11-2018

Nar Cəlilabad Festivalında iştirak etdi

23-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə