Previous Next
Bağla

Rabitə xidmətləri üzrə ödənişlər yalnız onlayn qəbul ediləcək

19-01-2017 10:28
Rabitə xidmətləri üzrə ödənişlər yalnız onlayn qəbul ediləcək

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, ölkə iqtisadiyyatında şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi və vergitutma bazasının genişləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirilir.

Ölkə iqtisadiyyatının ən dinamik inkişaf edən sektorlarından olan informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də həyata keçirilən işlər bu tələblərə uyğun olaraq aparılır. 

Nağdsız ödənişlərə tələb yaradılması və nağd iqtisadiyyatın azaldılması üzrə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi telefon və internet xidmətləri üzrə aylıq abunə haqları müvafiq poçt şöbələrində və telekommunikasiya qovşaqlarında poçt əməliyyatçıları tərəfindən, eləcə də, onlayn və ödəmə terminalları vasitəsi ilə qəbul ediləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) Xeberler.az-a verilən məlumata görə, buna səbəb, müvafiq qanuna uyğun olaraq, poçt şöbələrinin bank-maliyyə xidmətləri göstərmək hüququna malik olmasıdır.

İlkin mərhələdə bu proses Bakı şəhərini, daha sonra isə respublikanın digər regionlarını da əhatə edəcək. Vətəndaşlar Bakı şəhərində fəaliyyət göstərən telekommunikasiya qovşaqlarına (ATS) gələrək poçt əməliyyatçılarına abunə haqları ödənişlərini nağd və ya nağdsız şəkildə (POS-terminallarda plastik kartlarla) ödəyə bilərlər.

Qeyd edək ki, yaxın vaxtda istifadəyə verilməsi nəzərdə tutulan “Şəbəkə” xidmət mərkəzlərində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün  xidmətləri vahid bir mərkəzdən təqdim ediləcək. Bu mərkəzlərdə rabitə və poçt xidmətləri üzrə ödənişlər qəbul ediləcək və özünəxidmət terminalları fəaliyyət göstərəcək. İlk “Şəbəkə” xidmət mərkəzi Üzeyir Hacıbəyov 36 ünvanında yerləşən 1 saylı poçt filialında istifadəyə veriləcək.

Gələcəkdə respublika üzrə bütün rayon mərkəzlərində “Şəbəkə” xidmət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.

 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sumqayıtda ilk Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

26-07-2018

Nazirlik yeni Şəbəkə mərkəzləri açdı-Foto

05-06-2017

Bələdiyyələrə xidmət haqları nağdsız qaydada köçürüləcək

10-12-2024

Yeni Şəbəkə xidmət mərkəzi açılacaq

11-02-2018

Prezident “Şəbəkə” xidmət mərkəzinin açılışında iştirak edib-Yenilənib

10-02-2017

Ağdaşda Şəbəkə Xidmət Mərkəzi istifadəyə verilib

29-10-2019

Artıq abunəçilərin BTRİB-ə borcu olmayacaq- Yenilik

25-08-2016

Özbəkistanda nağd ödənişlər mərhələli şəkildə ləğv olunacaq

11-12-2025

Nağdsız hesablaşmalarla bağlı qanun layihəsi hazırlanıb

14-12-2016

Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

06-12-2018

Azərbaycanda bələdiyyə vergisinin nağd ödənişi dayandırılır

21-10-2024

“Azərpoçt” növbəli rejimdə fəaliyyət göstərəcək

08-11-2020

Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 3 il ötür

10-02-2020

Rüsum ödənişləri ilə bağlı yenilik

23-04-2019

Telefon qovşaqlarının adları dəyişdirilib

30-11-2018

Azercell mobil ödəmə xidmətini istifadəyə verir

08-01-2020

Azəristiliktəchizat ASC ASAN ödəniş sisteminə uğurla inteqrasiya edilib

30-01-2019

Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir

08-02-2019

“Şəbəkə” xidmət mərkəzləri və bəzi poçt şöbələri bayram günləri də xidmət göstərəcək

30-07-2020

İyunda elektron ticarət üzrə 2 min 867 milyon manat nağdsız ödəniş edilib

27-07-2023

Apreldə ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb

24-05-2023

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025

DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

15-01-2019

E-Manat terminalları ASAN Ödəniş sisteminə qoşuldu

22-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə