Previous Next
Bağla

Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir

08-02-2019 11:18
Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə “Azərpoçt” MMC-nin tərkibində yaradılan "Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir.

Xeberler.az  bildirir ki, bu münasibətlə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. İlk olaraq “Şəbəkə” xidmət mərkəzinin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində – https://www.facebook.com/shebeke.az/ 8 Fevral 2019-cu il tarixində müsabiqə keçiriləcək. Müsabiqədə iştirak edərək “Şəbəkə” mərkəzlərinin göstərdiyi xidmətlər barədə 3 suala doğru cavabı yazan ilk 5 izləyici qalib olacaq.

Qaliblər 10 fevral tarixində “Azərpoçt” MMC tərəfindən smartfon telefonlarla mükafatlandırılacaq. Eyni zamanda, həmin gün "Şəbəkə"nin fəaliyyətində xüsusi fərqlənən əməkdaşlara da təşəkkürnamələr təqdim olunacaq. Hazırda respublika üzrə 9 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda, digər 3-ü isə Cəlilabad, Zaqatala və Sumqayıt şəhərlərində yerləşir.

Məlumat üçün bildirək ki, “Şəbəkə” xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 8 qurumu tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. "Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır.

Bu mərkəzlərdə əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətləri ilə yanaşı, aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda “Şəbəkə” xidmət mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, zərf, marka və
açıqcaların satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların IMEI qeydiyyatı həyata keçirilir. Burada müştərilər xüsusi özünəxidmət terminallarından da istifadə edə bilirlər. “SmartPay” ödəniş sistemi vasitəsilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş imkanı yaradılıb. Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar günləri xidmət göstərilir. 169 Çağrı mərkəzi həftənin bütün günləri 24 saat ərzində fəaliyyətdədir. Eyni zamanda, “Azərpoçt” MMC-nin rəsmi saytındakı onlayn konsultasiya vasitəsilə də müraciətlər qəblul edilir.

Qeyd edək ki, cari ilin yanvar ayı da daxil olmaqla 2 milyona yaxın vətəndaş mövcud “Şəbəkə” mərkəzlərində müxtəlif xidmətlərdən faydalanıb. “Şəbəkə” xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görülür. Xidmət mərkəzlərinin respublikanın bütün iri şəhər və rayonlarında da istifadəyə verilməsi nəzərdə tutulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 3 il ötür

Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 3 il ötür

10-02-2020
Yeni Şəbəkə xidmət mərkəzi açılacaq

Yeni Şəbəkə xidmət mərkəzi açılacaq

11-02-2018
Sumqayıtda ilk Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

Sumqayıtda ilk Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

26-07-2018
Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şəbəkə xidmət mərkəzi  istifadəyə verildi

Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

06-12-2018
Ağdaşda Şəbəkə Xidmət Mərkəzi istifadəyə verilib

Ağdaşda Şəbəkə Xidmət Mərkəzi istifadəyə verilib

29-10-2019
Nazirlik yeni Şəbəkə mərkəzləri açdı-Foto

Nazirlik yeni Şəbəkə mərkəzləri açdı-Foto

05-06-2017
Azərpoçt 2 poçt şöbəsini yenidənqurmadan sonra istifadəyə verdi

Azərpoçt 2 poçt şöbəsini yenidənqurmadan sonra istifadəyə verdi

06-02-2019
“ASAN Kommunal” necə fəaliyyət göstərəcək?

“ASAN Kommunal” necə fəaliyyət göstərəcək?

05-05-2016
Poçt rabitəsinin yaradılmasından 202 il ötür

Poçt rabitəsinin yaradılmasından 202 il ötür

01-06-2020
Poçt şöbələri növbəli iş rejimində fəaliyyət göstərir

Poçt şöbələri növbəli iş rejimində fəaliyyət göstərir

30-03-2020
Paytaxtda yeni poçt şöbəsi istifadəyə verilib

Paytaxtda yeni poçt şöbəsi istifadəyə verilib

19-03-2019
“Azərpoçt” MMC-in 1494 poçt şöbəsi fəaliyyətini bərpa edib

“Azərpoçt” MMC-in 1494 poçt şöbəsi fəaliyyətini bərpa edib

13-04-2020
Vətəndaşların saatlarla növbə gözləməsinə Mərkəzi Poçtdan münasibət

Vətəndaşların saatlarla növbə gözləməsinə Mərkəzi Poçtdan münasibət

12-11-2018
Bakıda poçt şöbələrinin sayı 181-ə çatdırılacaq

Bakıda poçt şöbələrinin sayı 181-ə çatdırılacaq

08-01-2024
“Azərpoçt” MMC vətəndaşlara səyyar xidmət göstərir

“Azərpoçt” MMC vətəndaşlara səyyar xidmət göstərir

09-04-2020
Prezident “Şəbəkə” xidmət mərkəzinin açılışında iştirak edib-Yenilənib

Prezident “Şəbəkə” xidmət mərkəzinin açılışında iştirak edib-Yenilənib

10-02-2017
Xüsusi karantin rejimi müddətində poçt şöbələri bazar günü də işləyəcək

Xüsusi karantin rejimi müddətində poçt şöbələri bazar günü də işləyəcək

18-04-2020
Poçt şöbələrinin iş vaxtı uzadıldı

Poçt şöbələrinin iş vaxtı uzadıldı

24-04-2020
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

05-06-2020
“Şəbəkə” xidmət mərkəzləri və bəzi poçt şöbələri bayram günləri də xidmət göstərəcək

“Şəbəkə” xidmət mərkəzləri və bəzi poçt şöbələri bayram günləri də xidmət göstərəcək

30-07-2020
“Azərpoçt” profilaktik tədbirləri davam etdir

“Azərpoçt” profilaktik tədbirləri davam etdir

20-03-2020
“Azərpoçt” bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək

“Azərpoçt” bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək

30-12-2020
ASAN xidmət və ASAN Kommunal mərkəzləri işə daha erkən başlayacaq

ASAN xidmət və ASAN Kommunal mərkəzləri işə daha erkən başlayacaq

14-08-2018
“Azərpoçt” növbəli rejimdə fəaliyyət göstərəcək

“Azərpoçt” növbəli rejimdə fəaliyyət göstərəcək

08-11-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə