Previous Next
Bağla

Nağdsız hesablaşmalarla bağlı qanun layihəsi hazırlanıb

14-12-2016 17:36
Nağdsız hesablaşmalarla bağlı qanun layihəsi hazırlanıb

ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında( aylarında) 200 min manatdan artıq olan ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləğləri 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada keçiriləcək.

Xeberler.az məlumat verir ki, bu müddəa bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə olunan "Nağdsız hesablaşmalar haqqında" qanun layihəsində qeyd olunub.

Əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada həyata keçiriləcək.

Layihəyə əsasən, vergilərin, gömrük rüsumları və yığımların, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi, kreditlərin verilməsi, stasionar telefon xidmətləri və kommmunal xərclərin ödənilməsi, təhsil haqlarının ödənilməsi, turagentlərə ödəmələr, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi, "Sığorta fəaliyyəti haqqında" və "İcbari sığorta haqqında" qanunlarla müəyyən edilmiş ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi qeyd olunub.

Əgər qanun layihəsi qəbul edilərsə, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minəcək.

Qanun layihəsinin məqsədi mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının təmin edilməsi, istehlakçıların hüquqlarının qorunması, dövriyyədə olan nağd pul kütləsinin nağdsız vəsaitlərlə əvəz olunması, bank sisteminin inkişaf etdirilməsidir. (Report)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nağdsız hesablaşmalar haqqında” Qanuna dəyişikliklər təklif edilir

16-12-2024

Nağdsız hesablaşmalarla bağlı qanun necə həyata keçiriləcək?-Müsahibə

15-03-2017

İstehsal fəaliyyəti ilə məşğul olan şəxslər hansı halda sadələşdirilmiş vergiödəyicisidir?

02-05-2023

İlham Əliyev vergi amnistisiyası haqqında qanunu təsdiq edib

13-01-2017

Bələdiyyələrə xidmət haqları nağdsız qaydada köçürüləcək

10-12-2024

Nağdsız qaydada daşınmaz əmlak alanlara 14 milyon manatdan çox ƏDV geri qaytarılıb

12-09-2024

Nağdsız ödənişlərə vergi güzəştləri tətbiq olunacaq

10-08-2016

Nağdsız qaydada alınmış mənzilə görə ƏDV-nin bir hissəsi hansı şərtlərlə qaytarılır?

07-02-2023

Ölkədə yeni ödəniş platformaları yaradılacaq-Müsahibə

08-11-2017

Elektron ticarət vergiyə cəlb edilir

14-12-2016

Nağdsız əməliyyatlara görə qaytarılan ƏDV 17.5 faizə qaldırıldı

10-12-2022

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

10-09-2016

Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi barədə

16-04-2021

“ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara 400 milyon manat qaytarılıb

18-03-2023

İşğaldan azad edilmiş ərazilərdə ƏDV-nin geri qaytarılması necə tənzimlənir?

16-06-2023

Hansı obyektlərdə POS-terminalların quraşdırılması məcburidir?

21-06-2023

Nağdsız qaydada daşınmaz əmlak alanlara 5 milyon manat ƏDV geri qaytarılıb

05-04-2023

Azərbaycanda istehlakçılara ƏDV-nin 65,2 milyon manatı geri qaytarılıb

24-07-2023

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

16-12-2024

Mobil cihazın qeydiyyatından yayınanlar cərimə ediləcək-Məbləğlər

28-01-2023

Dövlət Vergi Xidməti sahibkarlara xəbərdarlıq edib

28-10-2024

Vergi borcları barədə məlumatları elektron formada ala bilərsiniz

26-12-2016

İyunda elektron ticarət üzrə 2 min 867 milyon manat nağdsız ödəniş edilib

27-07-2023

Mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq subyektlərin dairəsi müəyyənləşir

17-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə