Previous Next
Bağla

Xeberler.az İKT portalı Mətbuat Şurası üzvlüyünə qəbul edilib

21-10-2015 18:54
Xeberler.az İKT portalı Mətbuat Şurası üzvlüyünə qəbul edilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

Xeberler.az-ın  məlumatına görə,  MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli toplantını açaraq müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib.

Öncə Mətbuat Şurası sıralarına yeni üzvlər qəbul olunub. İH üzvləri müzakirələrdən sonra bir sıra kütləvi informasiya vasitələrinin MŞ sıralarına qəbulu barədə qərarlar qəbul ediblər.

Belə ki, Qarabağa aparan yol, Kənd həyatı, Respublika gəncləri qəzetləri, Təhsil, Azeri Defence, Milli zəka jurnalları qurumun yeni üzvləri olublar. Bu sırada daha beş bölgə qəzeti də təmsil olunacaq. Bunlar Tovuzun, Mingəçevirin, Şuşanın eyni adlı mətbu nəşrləri, Yeni Gəncə və Gündoğar qəzetidir (Neftçala rayonu).

Yeni üzvlər sırasında Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi də var.

Mətbuat Şurasına onlayn media vasitələrinin qəbulu diskussiyalarla müşahidə olunub.

Xeberler.az İKT portalı, Gün.az, Avrasiya.net, Azxeber.com, Olke.az,   İstiqlal.az, Azpolitika.info, Aktual.az    saytları da MŞ-nin yeni üzvləri olublar.

Yenilik.az və Yenicag.az saytları isə bu KİV-lərin MŞ tərəfindən iki aylıq monitorinqinin aparması şərti ilə Şuraya üzv qəbul ediliblər.

İclasda  təklif edilib ki, MŞ-yə üzv olmaq istəyən onlayn media vasitələri üçün tələblər bir qədər də  təkmilləşdirilməlidir. Belə ki, ərizə ilə müraciət edən hər bir KİV-in monitorinqi aparılmalı və monitorinq qrupunun da rəyindən sonra sənədlər İdarə Heyətinin müzakirəsinə çıxarılmalıdır.

İclasda Azərbaycan Mətbuat Şurasının Şikayətlər və Komissiyasının rəyləri əsasında MŞ-nin qərarları da qəbul olunub. Şəfəqə doğru, Demokratik dövlət qəzetlərinə, Vətənim Azərbaycan jurnalına və Qafqaznews. az saytına etik prinsiplərin tələblərinə sayğısızlıq göstərdiklərinə görə Mətbuat Şurasının xəbərdarlığı edilib.

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

3 qəzet, 1 sayta xəbərdarlıq edildi

18-12-2010

Reket qəzetlərlə bağlı məsələyə baxılacaq

21-10-2009

Mətbuat Şurası qəzetlərə xəbərdarlıq edib

11-01-2011

Seçkilər günü Mətbuat Şurasında “qaynar xətt” yaradılacaq

29-10-2015

Azərbaycan Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısında təmsil olunacaq

08-07-2009

İTV Yayım Şurasına yeni üzvlər seçiliblər

02-05-2023

Mətbuat haqqında Nizamnamənin 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirəcək

30-10-2009

Mətbuat Şurasının yeni strukturu formalaşdırıldı

04-10-2022

Azərbaycanın Mətbuat Şurası reket qəzetlərin yeni siyahısını açıqlayıb

23-10-2009

Mətbuat Şurası: Seçki ilə bağlı jurnalistlərdən "Qaynar xətt"ə müraciət daxil olmayıb

01-09-2024

Milli Məclis İTV Yayım Şurasına 3 yeni üzv seçib

14-04-2017

Azərbaycanda KİV-ə maliyyə dəstəyi müsabiqəsinin nəticələri açıqlanıb

01-09-2009

Daha 7 mətbuat orqanının “reket nəşr” elan olunması ilə bağlı təqdimat verilib

29-12-2009

İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

10-03-2026

Mətbuat Şurası Mətbuat Nizamnaməsinin 90 illiyini qeyd etdi

31-10-2009

Azərbaycan və Türkiyə informasiya mübadiləsinin gücləndirilməsini müzakirə edib

17-06-2025

Mətbuat Şurası Ağsaqqal Jurnalistlər Məclisi yaradır

23-09-2010

«Azərbaycan mətbuatında peşə etikası prinsiplərinin gözlənilməsi» layihəsi təqdim edilib

14-02-2009

Mətbuat Şurası internet medianın maliyyələşməsini müzakirə edib

11-02-2019

Mətbuat Şurasında uşaq və gənclər mətbuatının vəziyyəti müzakirə ediləcək

26-10-2009

Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XII toplantısına qatılacaq

11-10-2010

Mətbuat Şurasında Qaynar xətt fəaliyyətə başlayıb

01-11-2015

Yeni media təşkilatı yaranır

15-10-2009

Mətbuat Şurası jurnalistlər üçün təlim kursu keçirir

18-12-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə