Previous Next
Bağla

Respublika fənn olimpiadasının qalibləri mükafatlandırıldı

20-04-2015 15:47
Respublika fənn olimpiadasının qalibləri mükafatlandırıldı

Bu gün Respublika fənn olimpiadalarının final mərhələsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov ali məktəb rektorları, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, təhsil ekspertləri, məktəb direktorları, qabaqcıl müəllimlər, valideynlər, şagirdlər və media nümayəndələri iştirak edib.

Nazir Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin şagirdləri arasında Respublika fənn olimpiadasının keçirilməsinin onların müxtəlif fənlərə marağının artırılması, istedadlı məktəblilərin aşkara çıxarılması baxımından yüksək dəyərləndirib.

Nazir Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasının istedadlı uşaqların inkişafına yönəlmiş bir sıra mühüm hədəfləri özündə əks etdirdiyini vurğulayıb.

Azərbaycan təhsilinin hərtərəfli inkişafının daim dövlətin diqqət mərkəzində olduğunu söyləyən təhsil naziri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin bu gün ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini vurğulayıb.

Mikayıl Cabarov həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə həyata keçirdiyi davamlı layihələrin müstəsna əhəmiyyət daşıdığını nəzərə çatdırıb. Təhsil naziri qeyd edib ki, fənn olimpiadalarının final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər və rayon məktəblərindən 450 şagird iştirak edib.

Bu il fənn olimpiadalarının keçirilməsi bir sıra yeniliklərlə müşayiət olunub. İlk dəfə olaraq 3 mərhələdə keçirilmiş fənn olimpiadalarının bir rayon( şəhər mərhələsində) 8 fənn üzrə 22 min şagird iştirak edib. 3700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə olaraq keçirilmiş yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub.

Final mərhələsində iştirak edən şagirdlərdən 240 nəfərin mükafatçılar arasına daxil olduğunu nəzərə çatdıran nazir qaliblər arasından beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizədlərin seçiləcəyinə diqqət çəkib. Çıxışının sonunda təhsil naziri orta məktəb şagirdlərinin olimpiadalara xüsusi hazırlıq mərhələsinin keçməsinin vacibliyini nəzərə çatdırıb və belə möhtəşəm bilik yarışının təşkilində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.

Daha sonra çıxış edənlər məqsədyönlü dövlət siyasəti sahəsində Azərbaycan təhsilinin uğurlarının ilbəil artdığını vurğulayıb. Bütün bu nailiyyətlərin Təhsil Nazirliyinin səmərəli fəaliyyəti nəticəsində qazanıldığı bildirilib.

Respublika fənn olimpiadalarında bu il ilk dəfə olaraq iştirakçılar arasından hər fənn üzrə "birincilərin birincisi" nominasiyası üzrə qalib müəyyən edilib və olimpiada fənləri sırasına coğrafiya da əlavə olunub. Eləcə də əvvəlki illərdən fərqli olaraq yoxlamada şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları ilkin mərhələdə açıq şəkildə deyil, test sınağı formasında tətbiq olunub. Həmçinin olimpiada iştirakçılarını bilik yarışına tam motivasiya etmək üçün onların tədbirin keçirildiyi 3 gün ərzində Kempinski Badamdar otelində qalması təmin olunub və imtahandan kənar asudə vaxtın səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Fənn olimpiadalarının keçirildiyi gün nəticələr elan olunub və Təhsil Nazirliyinin rəsmi İnternet saytına (edu.gov.az) və Facebook səhifəsində yerləşdirilib.

Daha sonra Respublika fənn olimpiadalarının final mərhələsində birinci, ikinci və üçüncü yeri tutan şagirdlərə diplom və medallar təqdim olunub. Təhsil Nazirliyi tərəfindən qaliblərə qiymətli hədiyyələr təqdim edilib.

 

 

Mirvari Nəcəf 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Respublika fənn olimpiadalarının məktəb mərhələsi keçirilib

31-10-2022

Respublika fənn olimpiadalarının birinci mərhələsinə 27500-dən çox şagird qatılıb

17-01-2016

Nazir beynəlxalq fənn olimpiadalarının qalibləri ilə görüşüb

02-02-2016

Fənn olimpiadalarının 1-ci mərhələsinin nəticəsi açıqlanıb

24-01-2017

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

16-01-2017

Respublika fənn olimpiadalarının ilk mərhələsinin nəticəsi açıqlandı

27-01-2016

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır

14-01-2016

Respublika fənn olimpiadasının nəticələri açıqlandı

11-05-2018

Respublika fənn olimpiadalarına qeydiyyat başlanır

26-11-2024

Olimpiadaların qalibləri mükafatlandırılıb

16-05-2018

Respublika fənn olimpiadalarının informatika üzrə rayon turu keçirilib

12-01-2026

Fənn olimpiadalarına hazırlıq necə gedir?

04-12-2015

Məktəblilər arasında fənn müsabiqələri keçirilib

07-11-2015

İnformatika olimpiadasının yarımfinal mərhələsinin nəticələri açıqlanıb

13-03-2026

Olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib

22-10-2015

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

14-01-2019

Azercell-in dəstəyi ilə daha bir “İnformatika Düşərgəsi” baş tutub

21-12-2024

II Bakı Elm Olimpiadası keçiriləcək

01-02-2023

İnformatika üzrə fənn olimpiadasının yarımfinal turu keçirilib

14-03-2016

Ölkə üzrə ən çox olimpiadaçı Bakı Ali Neft Məktəbində təhsil alır

08-08-2022

“Nazirlik korrupsiyaya qarşı mübarizədə elektron sistemlərdən istifadə edir”

13-10-2015

İnformatika olimpiadasının qalib şagirdləri mükafatlandırılacaq

18-04-2016

Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

27-04-2022

Olimpiada ilə bağlı seçim turu keçirilib

19-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə