Previous Next
Bağla

Fənn olimpiadalarına hazırlıq necə gedir?

04-12-2015 11:42
Fənn olimpiadalarına hazırlıq necə gedir?

Son iki ildə Təhsil Nazirliyi (TN) tərəfindən fənn olimpiadalarının keçirilməsi istiqamətində edilən yeniliklər müzakirə olunub.

Xeberler.az bildirir ki, şəffaflıq və sağlam rəqabət prinsipi əsasında keçirilən olimpiadalar istedadlı uşaqların aşkar edilməsinə, onların fərdi inkişafına və fənlərə olan marağının artırılmasına xidmət edir.

Təhsil Nazirliyi beynəlxalq fənn olimpiadalarına hazırlıq məqsədilə Fizika-riyaziyyat və informatika, eləcə də Kimya-biologiya təmayüllü liseylərin nəzdində fənn olimpiadalarına hazırlıq mərkəzləri yaradıb. Hazırlıq mərkəzlərində qruplar üzrə həftədə iki dəfə olmaqla məşğələlərin keçirilməsinə başlanıb.

Hazırda VII-VIII sinif şagirdləri arasında bir neçə mərhələdən ibarət fənn müsabiqələri keçirilir. Artıq bu müsabiqələrin I mərhələsi başa çatıb. Müsabiqələrin I mərhələsində ölkəmizin əksər bölgələrinin təmsil olunmasına baxmayaraq, Abşeron, Cəbrayıl, Xocavənd, Laçın və Zəngilan rayonlarından şagirdlər iştirak etməyib.

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev və həmin şöbənin aparıcı məsləhətçisi Fuad Qarayevlə Respublika fənn olimpiadalarının keçirilməsi, olimpiadalara hazırlıq mərkəzlərinin fəaliyyəti və qeyd olunan rayonların müvafiq müsabiqədə iştirak etməməsi məsələləri müzakirə olunub.

Nazirliyin təhsilin inkişafı proqramları şöbəsinin aparıcı məsləhətçisi Fuad Qarayev bildirib ki, əvvəlki illərə nisbətən fənn müsabiqələrində şəffaflığı təmin etmək üçün müsabiqənin artıq test üsulu ilə keçirilməsinə başlanıb.

“Təhsil Nazirliyi tərəfindən bu il fənn müsabiqələrinin nəticələrinin fərqli deyil, bir mərkəzdən yoxlanılması üstün tutuldu. Belə ki, müsabiqə ilk mərhələdə test üsulu ilə keçirildi. Bundan əlavə əvvəki illərə nisbətən şagirdlərə öz yazılarını müdafiə etməyə imkan verdik. Belə ki, müsabiqədən bir gün sonra onlar üçün apelyasiya günü elan etdik. Onlara imtahan gününün axşamı həm internet səhifəmizdə, həm də imtahan keçirilən salonlarda imtahanın nəticələrini elan etdik. Bununla da nəticə ilə razılaşmayan şagirdlərə öz yazılarını müdafiə etməyə imkan yaratdıq”.

Fuad Qarayev eyni zamanda keçən il keçirilən olimpiadalarda əldə olunan medallar barədə də məlumat verib.

Onun sözlərinə görə, riyaziyyat fənni üzrə 2 bürünc medal, kimya fənni üzrə 2 bürünc medal, fizika fənni üzrə 1 bürünc medal, biologiya fənni üzrə 1 bürünc medal, Balkan olimpiadasında 3 bürünc, 1 gümüş medal qazanılıb.

Xatırladaq ki, bu il 26 iyul - 2 avqustda Qazaxıstanın Almatı şəhərində keçirilən 27-ci Beynəlxalq İnformatika Olimpiadasında iştirak edən Azərbaycan Milli Komandası heç bir medal qazanmamışdı.

 

Ruhəngiz Muradova

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məktəblilər arasında fənn müsabiqələri keçirilib

07-11-2015

Olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib

22-10-2015

Beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin seçim turu keçirilib

23-10-2015

Respublika fənn olimpiadalarının birinci mərhələsinə 27500-dən çox şagird qatılıb

17-01-2016

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır

14-01-2016

Olimpiada ilə bağlı seçim turu keçirilib

19-10-2015

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020

Azercell-in dəstəyi ilə məktəblilərimiz EGOI 2026-da iki medal qazanıblar

22-05-2026

Respublika fənn olimpiadalarının məktəb mərhələsi keçirilib

31-10-2022

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

14-01-2019

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

10-09-2022

Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

23-01-2019

Respublika fənn olimpiadalarına qeydiyyat başlanır

26-11-2024

Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu

19-03-2024

Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazanıb

01-12-2020

Fənn olimpiadalarının 1-ci mərhələsinin nəticəsi açıqlanıb

24-01-2017

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024

Respublika fənn olimpiadalarının ilk mərhələsinin nəticəsi açıqlandı

27-01-2016

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada yüksək nəticələr nümayiş etdirməyə davam edirlər

17-12-2021

Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

07-10-2022

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022

Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

29-04-2026

Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar

01-08-2024

Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

18-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə