Previous Next
Bağla

Olimpiadaların qalibləri mükafatlandırılıb

16-05-2018 10:45
Olimpiadaların qalibləri mükafatlandırılıb

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Xeberler.az bildirir ki, mərasimdə təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib.

Bildirib ki, olimpiadanın nəticələrinə görə 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276, Naxçıvan MR daxil olmaqla isə 298 nəfər qalib elan edilib.

Olimpiada qaliblərini təbrik edən təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu tədris ilinin əvvəlində Bakı şəhəri 20 nömrəli məktəb-liseyin açılışında etdiyi çıxış zamanı olimpiada nəticələrini xüsusi vurğulaması, bu nəticələri təhsilin keyfiyyətinin vacib amili kimi qeyd etməsi müvafiq sahənin ölkə rəhbərliyi üçün prioritet istiqamət olduğunun bariz göstəricisidir.

Təhsil naziri 33 mindən çox şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarının artıq adi yarış deyil, elm və bilik hərəkatına çevrildiyini vurğulayıb. Nazir qeyd edib ki, bu il Respublika fənn olimpiadalarında əldə edilən 298 medalın 157-si Bakı, 141-i isə digər bölgələrin payına düşür. Ümumilikdə, Azərbaycanın 50 müxtəlif bölgəsində təhsil alan şagirdlər olimpiadanın qalibləri sırasına düşüb.

Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və qısa müddətdə böyük nailiyyətlərin əldə edildiyini vurğulayan təhsil naziri bildirib ki, Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son 5 il ərzində isə məktəblilər 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla ümumilikdə 109 medal qazanıblar ki, bu da müstəqillik dövründə qazanılmış bütün medalların təxminən 3 faizi edir.

Olimpiada qalibləri ilə bağlı yeni təşəbbüsün olduğunu diqqətə çatdıran Ceyhun Bayramov bildirib ki, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişiklik təklifi Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

Sonra Respublika fənn olimpiadaları iştirakçılarının fikirlərinin və vaxtilə olimpiadalarda iştirak edən, hazırda dünyanın müxtəlif ölkələrində elmi fəaliyyətlə məşğul olan həmyerlilərimizin təbriklərinin yer aldığı videoçarx nümayiş olunub.

Sonra Azərbaycan dili və ədəbiyyatı fənni üzrə qızıl medalın sahibi, ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan Bakı şəhəri Texniki-humanitar liseyin 11-ci sinif şagirdi Zeynəb Quluzadə qazandığı uğurlarla bağlı fikirlərini bölüşüb.

Tədbirin sonunda olimpiada qaliblərinə mükafatlar təqdim edlib.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Respublika fənn olimpiadasının nəticələri açıqlandı

11-05-2018

Fənn olimpiadalarının 1-ci mərhələsinin nəticəsi açıqlanıb

24-01-2017

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

16-01-2017

Respublika fənn olimpiadalarının birinci mərhələsinə 27500-dən çox şagird qatılıb

17-01-2016

Respublika fənn olimpiadalarının məktəb mərhələsi keçirilib

31-10-2022

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır

14-01-2016

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

14-01-2019

Respublika fənn olimpiadalarının ilk mərhələsinin nəticəsi açıqlandı

27-01-2016

Respublika fənn olimpiadalarına qeydiyyat başlanır

26-11-2024

Olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib

22-10-2015

Nazir beynəlxalq fənn olimpiadalarının qalibləri ilə görüşüb

02-02-2016

Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu

19-03-2024

"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

23-02-2022

Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

29-04-2026

Ölkə üzrə ən çox olimpiadaçı Bakı Ali Neft Məktəbində təhsil alır

08-08-2022

Respublika fənn olimpiadasının qalibləri mükafatlandırıldı

20-04-2015

Fənn olimpiadaları və fənn müsabiqələrinə seçim imtahanları keçiriləcək

15-11-2022

I Robot Olimpiadasının qalibləri-Foto

23-06-2017

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada yüksək nəticələr nümayiş etdirməyə davam edirlər

17-12-2021

Respublika fənn olimpiadalarının informatika üzrə rayon turu keçirilib

12-01-2026

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

10-09-2022

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022

Məktəblilər arasında fənn müsabiqələri keçirilib

07-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə