Previous Next
Bağla

Olimpiada ilə bağlı seçim turu keçirilib

19-10-2015 17:15
Olimpiada ilə bağlı seçim turu keçirilib

Fizika, riyaziyyat, kimya, biologiya, informatika fənləri üzrə beynəlxalq olimpiadalara hazırlaşacaq VI-VIII və IX-XI sinif şagirdlərinin seçim turu keçirilib.

Xeberler.az bildirir ki, aparılan seçimlərin əsas məqsədi 2016-cı ildə Beynəlxalq fənn olimpiadalarında Azərbaycanı təmsil edəcək namizəd şagirdləri müəyyənləşdirərək onlarla tədris ili boyunca hazırlıq işləri aparmaq və məktəblilərin Beynəlxalq olimpiadlalarda daha uğurlu çıxışlarını təmin etməkdən ibarətdir.

VI-VIII siniflər üzrə seçim turunda Azərbaycanın bir sıra bölgələrindən 300-dən çox şagird öz biliyini nümayiş etdirib. Turun nəticələrinə əsasən, hər fənn üzrə 20-25 şagird seçilib.

Beləliklə, istedadı və çalışqanlığı ilə seçilən 100-ə yaxın VI-VIII sinif şagirdi ilə tədris ili boyunca xüsusi proqram əsasında hazırlıq işləri aparılacaqdır. 2015-2016-cı tədris ilinin sonunda həmin şagirdlərin bir neçə beynəlxalq fənn müsabiqəsində iştirak etməsi gözlənilir.

IX-XI siniflər üzrə seçim turunda isə 500-dən çox şagird iştirak edib. Bu turda hər fənn üzrə 15-20 şagird seçilib. Tədris ili boyunca xüsusi proqram əsasında aparılacaq hazırlıq dərslərinə cəlb olunacaq həmin şagirdlər ilin müəyyən dövrlərində sınaq imtahanları verəcəklər. Sınaq imtahanlarının nəticələrinə əsasən, ilin sonunadək komanda üzvləri müəyyənləşdiriləcəkdir. Bununla belə, şagirdlər həm qış, həm yay tətili dövründə qış və yay olimpiada məktəblərinə cəlb ediləcəklər.

Bundan başqa, Azərbaycan məktəblilərinin fənlərə olan marağını artırmaq, istedadlı və çalışqan şagirdləri müəyyən etmək, onlara sağlam rəqabət hissi aşılamaq, şagirdlər arasında olimpiadalara həvəs oyatmaq məqsədilə ölkənin bütün şəhər və rayonlarında fənn müsabiqələrinin keçirilməsi planlaşdırılıb. Fənn müsabiqələri əsasən, fizika, kimya, biologiya və riyaziyyat fənni üzrə VII-VIII sinif şagirdləri arasında keçiriləcəkdir. İnformatika fənni üzrə müsabiqədə iştirak etmək istəyən şagirdlər isə www.informatika.edu.az internet səhifəsində qeydiyyatdan keçərək, orada təqdim olunan məsələləri həll etməlidirlər.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib

22-10-2015

Məktəblilər arasında fənn müsabiqələri keçirilib

07-11-2015

Beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin seçim turu keçirilib

23-10-2015

Respublika fənn olimpiadalarının birinci mərhələsinə 27500-dən çox şagird qatılıb

17-01-2016

Fənn olimpiadaları və fənn müsabiqələrinə seçim imtahanları keçiriləcək

15-11-2022

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır

14-01-2016

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

14-01-2019

Respublika fənn olimpiadalarının məktəb mərhələsi keçirilib

31-10-2022

Respublika fənn olimpiadalarının ilk mərhələsinin nəticəsi açıqlandı

27-01-2016

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

16-01-2017

Fənn olimpiadalarının 1-ci mərhələsinin nəticəsi açıqlanıb

24-01-2017

Respublika fənn olimpiadalarına qeydiyyat başlanır

26-11-2024

Respublika fənn olimpiadasının nəticələri açıqlandı

11-05-2018

Fənn olimpiadalarına hazırlıq necə gedir?

04-12-2015

Azercell şagirdlər üçün qış məktəbi təşkil edib

31-01-2018

Respublika fənn olimpiadalarının informatika üzrə rayon turu keçirilib

12-01-2026

Məktəblilərimiz beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanıb

24-07-2017

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020

Şagirdlər üçün daha bir pulsuz onlayn sınaq imtahanı

18-11-2022

İnformatika üzrə fənn olimpiadasının yarımfinal turu keçirilib

14-03-2016

Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

27-04-2022

"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

23-02-2022

Ölkəmiz beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıb

21-06-2017

Məktəblilər arasında informatika olimpiadaları keçirilir

19-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə